Въезд в город Сумгайыт

Sumqayıtda iki qadın bir uşaq döyülərək xəsarət aldı

31907
(Yenilənib 23:24 10.04.2019)
Sumqayıt polisi hadisə ilə bağlı araşdırmalara başlayıb

BAKI, 10 aprel - Sputnik. Sumqayıt şəhərində axşam saatlarında döyülmə hadisəsi baş verib.

ONA-nın məlumatına görə, hadisə şəhərin Köhnə Corat qəsəbəsində baş verib. Uşaq üstündə düşən mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.

Belə ki, 1975-ci il təvəllüdlü Cavadova Südabə Dilsuz qızı, 1977-ci il təvəllüdlü Əliyeva Məsumə Dilsuz qızı və onun oğlu 2013-cü il təvəllüdlü Əliyev Fərman Telman oğlu tanıdıqları şəxs tərəfindən döyülüb. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, onlara tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Sumqayıt polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

31907