Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda məktəbli qızın dəhşətli intihar videosu yayıldı

© Sputnik / Sergey YeshchenkoШкольные парты в классной комнате, фото из архива
Школьные парты в классной комнате, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Videodan görünür ki, məktəblini kimsə itələməyib və yaxud təsadüfən yıxılmayıb

BAKI, 10 aprel — Sputnik. Bakı şəhər, Səbail rayonunda yerləşən 162 saylı məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intihar görüntüləri yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, videodan görünür ki, məktəblini kimsə itələməyib və yaxud təsadüfən yıxılmayıb.

Yaşayış binasının tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda şirkətin komendantı intihar edib

Videonun göstərilməsi etik və hüquqi baxımdan doğru olmadığından, təqdim etmirik.

Xatırladaq ki, Elina Hacıyeva aprelin 4-də məktəbin pəncərəsindən özünü aşağı ataraq, intihar edib. Çox sayda ağır xəsarətlər alan qız iki gün sonra xəstəxanada vəfat edib. Məktəbin direktoru Sevinc Aabbasova ona müraciət edənlərə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikinci nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazmağı xahiş edib.

Bundan sonra məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.

Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

Xəbər lenti
0