CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Buraxılış-qəbul imtahanında yeni tapmaca – Açması var, amma baş açmaq da olmur

© Sputnik / Nigar Maharramİmtahan zamanı, arxiv şəkli
İmtahan zamanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qaydalar xarici dildə imtahan verəcək bəzi şagirdlər üçün problem yaradır, ciddi anlaşılmazlıqlar yaranıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Bu il orta məktəbi bitirən şagirdlər üçün buraxılış imtahanlarına start verilib. Aprelin 7-də Bakı, Şirvan şəhərləri və 

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub
Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri ilk buraxılış imtahanına girdilər. Aprelin 14 və 21-də ölkənin digər bölgələrinin məzunları, 28-də isə ötən ilin məzunları yeni qayda ilə imtahan verəcəklər.

Builki buraxılış imtahanları ötən illərdəki imtahanlardan ciddi şəkildə fərqlənir. Çünki 2018-2019-cu tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında, eləcə də IX, XI siniflər üzrə buraxılış imtahanlarında dəyişiklik edilib. Bu dəyişikliyə uyğun olaraq, məzunların buraxılış imtahanından topladığı bal ali məktəbə qəbul zamanı nəzərə alınacaq. Başqa sözlə, buraxılış imtahanı həm də qəbul imtahanının birinci mərhələsi sayıla bilər.

Amma yeni dəyişiklik bəzi şagirdlər üçün ciddi problem yaradıb. Bu barədə Sputnik Azərbaycan-a Quba rayonun və Qam-qam kəndinin sakinləri öz narazılıqlarını bildiriblər.

Qam-qam kənd sakini Bəhruz Məmmədov 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə buraxılış və qəbul imtahanında iştirak edəcək övladının xarici dil ilə bağlı problemlə üzləşdiyini deyib. Onun sözlərinə görə, oğlu Şahin Məmmədovun təhsil aldığı sinifdə xarici dil fənni 9-cu sinfə qədər qruplara ayrılaraq keçirilib: "Qrupun birində rus dili, digərində ingilis dili tədris olunub. Övladım xarici dil kimi rus dili fənnindən təhsil alıb. 10-cu sinifdə şagird sayının azlığı səbəbindən qruplar birləşdirildi. Xarici dil fənni kimi ingilis dili tədris olundu".

"Əvvəlki illərdə qəbul imtahanında dil seçimi sərbəst olduğundan oğlumu rus dilindən repetitor yanına qoyduq. Bu il isə eşitdik ki, 2019-cu ilin qəbul imtahanlarında edilən dəyişikliyə görə abituriyentlər yalnız əsas götürülən xarici dildən imtahan verməlidir. Mən indi bu qanunu hazırlayanlardan soruşmaq istəyirəm ki, mənim övladımın və onun kimi yüzlərlə şagirdin çəkdiyi əziyyət necə olacaq?" – deyə o, bildirib.

Şikayətçi bu məsələ ilə bağlı dəfələrlə Quba rayon təhsil şöbəsinə müraciət etdiklərini də deyib: "Onlar isə cavabında "gözləyin, hər şey qaydasına düşəcək" deyib başımızı qatırlar. Artıq imtahanlara çox az vaxt qalıb. Bu məsələ həll olunmasa, övladlarımızın hansı psixoloji vəziyyətdə olacaqlarını düşünmək belə istəmirəm. 

ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qəbul imtahanlarının vaxtı dəyişdi
Bu onların gələcək taleyinə ediləcək müdaxilədir. Xahiş edirəm, bu məsələ ilə bağlı tezliklə çarə tapılsın".

Məsələ ilə bağlı Quba rayonun Təhsil şöbəsinin müdiri Rüfət Hacıyevlə əlaqə saxladıq. O, problemlərdən xəbərdar olduqlarını, lakin bu qərarı dəyişmək səlahiyyətində olmadıqlarını bildirdi.

Onu da qeyd edək ki, təkcə Quba rayonunda bu çətinliklə üzləşən şagirdlərin sayı 40-a yaxındır.

DİM-in mətbuat katibi Xanlar Xanlarzadə isə bu məsələnin qismən həllinin olduğunu deyib. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yekun attestasiya qaydalarına əsasən buraxılış imtahanı tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. Xarici dil isə şagirdlərin məktəbdə keçdikləri bir neçə dilin olmasına baxmayaraq attestatında hansı dil xarici dil kimi qeyd edilirsə, buraxılış imtahanında onlar  birmənalı olaraq, həmin dildən imtahan verirlər.

Əgər şagird ali məktəbə qəbul imtahanında buraxılış imtahanında verdiyi dil deyil, bir başqa dili seçmək istəyirsə, ona imkan yaradılır: “Aprelin 15-ə qədər elektron ərizə qəbulu davam edir. Həmin elektron ərizəyə daxil olub orada elektron ərizənin birinci hissəsində “qəbul imtahanının birinci mərhələsinin məlumatları” bölməsinə daxil oluruq. Avtomatik olaraq onun qarşısına “Azərbaycan dili – xarici dil bölməsi –ingilis dili” pəncərəsi açılacaq. Çünki şagird buraxılış imtahanını ingilis dilində verib. Şagird həmin pəncərədə 10 manat əlavə ödəniş edərək, dili dəyişə bilər. Bundan sonra şagird aprel ayının 28-də əlavə olaraq imtahana girərək, əlavə olaraq rus dilindən imtahan verəcək”.

Xanlar Xanlarzadə bunun DİM-dən qaynaqlanan məsələ olmadığını, yekun attestasiya qaydalarında nəzərdə tutulduğunu qeyd edib: “Yəni şagird buraxılış imtahanında attestatda yazılan dildən, ali təhsil üçün isə istədiyi dildən imtahan verə bilər. DİM müsabiqədə buraxılış imtahanında verilən dili deyil, aprelin 28 veriləcək dili nəzərə alacaq”.

Xəbər lenti
0