Boş deputat kürsüləri

Milli Məclisdə sərt tələb: “Büdcə talançıları qanun qarşısında cavab versinlər”

175
(Yenilənib 14:26 09.04.2019)
Deputat: "Niyə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında mətbuatda geniş materiallar yayılır?"

BAKI, 9 aprel-Sputnik. “Dövlət büdcəsinə mənfi yanaşmaların qarşısının alınması barədə düşünmək lazımdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Hesablama Palatası işini elə səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumların ayrılan vəsaiti mənimsəməsinə imkan verilməsin: “Dəfələrlə Milli Məclisdə mənimsənilən vəsaitlərin geri qaytarılması ilə bağlı məsələ müzakirə olunsa da, bu cür hallara hələ də son qoyulmur”.

"Niyə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında mətbuatda geniş materiallar yayılır? Bunlar qabaqcadan araşdırılmalı, hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyənlər qanun qarşısında cavab verməlidirlər” - deyə F.Ağamalı bildirib.

175
Teqlər:
qanun, büdcə, Fəzail Ağamalı, deputat
Əlaqədar
Əlilliyi olan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək
Yetmiş iki milyondan artıq vəsait büdcəyə qaytarılıb
Hesablama Palatasının sədri hesabat verib: "Dövlətə dəyən ziyan büdcəyə qaytarılıb"