Azərpoçtun binası, arxiv şəkli

İş axtaranların nəzərinə - Fürsəti əldən verməyin

165
(Yenilənib 18:06 08.04.2019)
“Azərpoçt” MMC karyera qurmaq arzusunda olan gənclərimizi komandalarına qoşulmağa dəvət edir.

BAKI, 8 aprel — Sputnik. Respublikamızın ən ucqar yaşayış məntəqələrini əhatə edən irimiqyaslı şəbəkəyə və çoxsaylı işçi komandasına malik "Azərpoçt" MMC işçi axtarır.

Sputnik AzərbaycanAzərpoçt” MMC-yə istinadən xəbər verir ki, özünə güvənən, bacarıqlı, məsuliyyətli, potensiallı və karyera qurmaq arzusunda olan gənclərimizi komandalarına qoşulmağa dəvət edir.

Vəzifələr: Poçt şöbə rəisi, əməliyyatçı.

Tələblər: ali və ya orta ixtisas təhsili, kompüter bacarıqları

Komandaya üzvü olmaq istəyən region, qəsəbə və kənd əhalisi aşağıdakı linkə daxil olub müraciət formasını doldurub bizə göndərə bilərlər.

165