Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktor müavini Qurban Yetirmişli

Ölkədəki seysmoloji vəziyyət dəyərləndirildi

44
(Yenilənib 17:49 08.04.2019)
“Ötən gün Gürcüstan ərazisində baş verən zəlzələ respublikanın bəzi hissələrində çox zəif, 3 baladək hiss olunub” - Qurban Yetirmişli

BAKI, 8 aprel — Sputnik. “Ölkədə seysmik vəziyyət demək olar ki, fon səviyyəsindədir. Hazırda respublika ərazisində güclü zəlzələ baş verməyib. Baş verən təkanlar isə çox zəif və hiss olunmayandır”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, ötən gün baş verən zəlzələ isə istisnadır: “Ötən gün Gürcüstan ərazisində baş verən zəlzələ respublikanın bəzi hissələrində çox zəif, 3 baladək hiss olunub”.

Q.Yetirmişli seysmoloji aktivliyin ən çox müşahidə edildiyi Şamaxı və Ağsu rayonları haqda da danışıb: “Ağsu-Şamaxı rayonlarda isə gündəlik olaraq bir neçə dəfə afterşoklar davam edir. Lakin öncəki günlərlə müqayisədə bu afterşokların sayı azalıb”.

44