Kredit razılaşması, arxiv şəkli

Problemli kreditlərlə bağlı yeni təkliflər var

380
(Yenilənib 11:42 08.04.2019)
Vüqar Bayramov: "Kompensasiya üzrə artıq məbləğ vətəndaşa ödənilməlidir"

BAKI, 8 aprel — Sputnik. "Problemli kreditlərə kompensasiyaların verilməsi ilə bağlı təqdim olunan mexanizmdən sonra bir sıra məsələlərin yenidən nəzərə alınmasını vacib hesab edirik. Burada kredit öhdəliyini yerinə yetirmiş zaminlərə kompensasiyanın ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var".

Vüqar Bayramov
Vüqar Bayramov

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, qaydalara əsasən, kredit götürən şəxs borcu qaytarmaqdan imtina edib və zamin öhdəliyi yerinə yetirdiyi hallarda vəsait zaminə ödənilməlidir: "Qaydalara görə, kompensasiyalar kredit təşkilatının müştərisi olan şəxslərə hesablanır. Zaminin ödədiyi kredit öhdəliyi həcmində borcalandan Mülki Məcəlləyə müvafiq olaraq pulun geri ödənilməsini tələb etmək hüququ var. Son illər ödənişlərin, həmçinin ödəniş terminalları vasitəsi ilə də aparıldığını nəzərə alsaq, kompensasiyanın ünvanlılığı xeyli mürəkkəbləşir".

İqtisadçı bildirib ki, mövcud ödəniş mexanizmi zaminin həmin vəsaiti almasına çətinlik yarada bilər: "Belə ki, həmin vəsaitin zaminə ödənilməsi üçün borcun onun tərəfindən ödənildiyini təsdiq edən məhkəmə qərarına ehtiyac var. Deməli, borcu qaytarmış zamin kompensasiyanı almaq üçün məhkəməyə müraciət etməlidir və bundan sonra məhkəmə onun xeyirinə qərar qəbul edərsə, ona vəsait ödənilə bilər. Kompensasiyalar bu ayının sonundan başlayaraq ödəniləcək və zamin məhkəməyə müraciət etdiyi halda qərarın alınması bir aydan çox zaman alacaq. Nəticədə, zamin məhkəmə qərarını alanadək kompensasiya krediti götürən, amma borcu qaytarmaqdan imtina edən şəxsin hesabına köçürülə bilər".

"Bu isə o deməkdir ki, məhkəmə qərarı olsa da belə, vəsait qərardan öncə ödəniləcək və nəticədə zamin pul ala bilməyəcək. Amma kredit götürüb xərcləyib və onu başqasına ödətdirən şəxs, hətta kompensasiya da alacaq. Məsələn, bir vətəndaşımızın 8 min dollar kredit borcu olub və onu ödəməkdən imtina etdiyi üçün krediti zamin qaytarmalı olub. Hazırda həmin borca 4 min manat kompensasiya hesablanıb. Kredit onu qaytaranın deyil, götürüb xərcləyənin adına olduğu üçün onun hesabına kompensasiya ödəniləcək. Bununla da, zamin məhkəmə qərarı alanadək artıq krediti qaytarmayan şəxs kompensasiyanı almış olacaq və bununla da öhdəliyi yerinə yetirən şəxs vəsaitdən mərhum olacaq" - Bayramov vurğulayıb.

"Nə təklif edirik? Kredit borcunu ödəmiş zaminlərə məhkəməyə müraciət etmək üçün zaman müəyyənləşdirilsin və məhkəməyə müraciət edilən kredit borcları üzrə kompensasiya qərardan sonra həyata keçirilsin. Məsələn, zamin kompensasiya almaq üçün məhkəməyə müraciət edir və bu məlumat Maliyyə Bazarlarına Nəzarət Palatası ilə elektron bölüşdürülür. Bundan sonra Palata həmin kreditlər üzrə kompensasiya ödənişinin yalnız məhkəmə qərarından sonra fərdi qaydada həyata keçirilməsini təmin edir. Yalnız bu halda kompensasiya krediti ödəmiş zaminə çata bilər. Əks halda zaminin həmin vəsaiti almaq imkanları xeyli çətin olacaq"- o, əlavə edib.

Ekspertin sözlərinə görə, şişirdilmiş faiz borcları silindikdən sonra kompensasiya ödənişi həyata keçirilməlidir: "Bəzi banklar kredit borcu olan şəxsin adına böyük məbləğdə cərimə və faizlər yazıb. Apardığımız tədqiqatlar göstərir ki, bir sıra hallarda vətəndaş borcunu bağlayıb, amma bank onun adına faiz və cərimə hesablamaqda davam edib. Nəticədə həmin şəxsin hesabında böyük məbləğdə faiz toplanıb".

V.Bayramov fikrini belə nümunə gətirməklə izah edib: "Məsələn, bank vətəndaşın adına 4 min manat əsassız faiz borcu yazıb və həmin şəxsə çatan kompensasiya 3500 manatdır. Bu halda o şəxsə çatacaq kompensasiya bankın qanunsuz hesabladığı faiz və cərimələrin ödənilməsinə yönəldilir və vətəndaş kompensasiyadan mərhum olur".

"Nə təklif edirik? Əsas məbləği kiçik olan və ya olmayan, amma yüksək faiz borcları olan kreditlərin fərdi qaydada qiymətləndirilməsi həyata keçirilsin. Əgər kredit xətti üzrə 500 manat əsas məbləğ 3500 manat şişirdilmiş faiz ödənişləri varsa, o zaman artıq hesablanmış faizlər silindikdən sonra qalıq borc kompensasiya ilə müqayisə olunsun. Kompensasiya üzrə artıq məbləğ vətəndaşa ödənilsin".

İqtisadçı hesab edir ki, bir sıra banklarda şəffaflığın gücləndirilməsi üçün yeni qaydalar tətbiq olunmalıdır: "Təhlillər bəzi banklarda idarəetmənin şəffaf olmadığını üzə çıxarır. Məsələn, şəxsiyyət vəsiqəsinin nömrəsi olan sənəddəki ad ilə kredit götürənin adı uyğun gəlmir və s. Bu da nəticədə bir sıra kredit məbləğlərinin hesablanmasında çətinliklər yaradır və kompensasiya məbləğinin müəyyənləşdirilməsini çətinləşdirir. Nə təklif edirik? Palata tərəfindən banklarda koperativ idarəetmənin formalaşması və şəffaflığın gücləndirilməsi məqsədi ilə ayrıca qaydalar hazırlanıb təsdiq edilsin. Bu qaydaların icrasına nəzarət gücləndirilsin".

380
Teqlər:
Vüqar Bayramov, ekspert, zamin, Bank, kredit, problem
Əlaqədar
"Diqlas"da malları yanmış sahibkarlara güzəştli kredit veriləcək
Şəhid ailələrinin bank krediti ilə bağlı mühüm qərar verildi
Problemli kreditlərlə bağlı qaydalar qüvvəyə mindi
Problemli kreditlərlə bağlı yenilik var
Dairəvi Alban Məbədi, arxiv şəkli

Alban tarixinə ögey yanaşma: Nazirlik abidələrə lövhə vurmaqla işini bitmiş sayır

23
(Yenilənib 21:09 18.04.2021)
"Bəzən sosial şəbəklərdə yazırlar ki, "7 manat çox bahadır". Hansı ki, o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəklini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyası, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında təəssüflə bildirir ki, Azərbaycanda tarixi abidələr və muzeylərlə bağlı maarifləndirmə işləri çox zəifdir:

"Son aylar nisbətən diqqət artıb. Turizm Mədəniyyət Nazirliyindən ayrıldıqdan sonra az da olsa fərqi hiss edirəm. Mədəniyyət Nazirliyinin nümayəndələri dəfələrlə mənim yaratdığım muzeydə olublar. Amma buna baxmayaraq, tarixi abidələrin qeydə alınması ilə bağlı proses bir az da ləngiyib. Mənim yaratdığım muzeyə Amerikadan, Türkiyədən, Kanadadan, Sinqapurdan gələn xarici qonaqlar olur. Bəzən hətta yol ötən sürücülər belə yaratdığım muzeyə baş çəkir. Ən azı bəşər övladının yaratdığı dəyər olduğunu anlayırlar. Təəssüf ki, bu, Azərbaycanda bu sahəyə maraq arzulanan səviyyədə deyil".

Alim tariximizə laqeyd münasibətlə bağlı Kütləvi İnformasiya Vasitələrinə və dövlət qurumlarına səslənib:

"Çox istəyərdim ki, KİV, dövlət qrumları bu məsələyə xüsusi önəm versinlər. Tarixi abidələrimiz bizim milli pasportumuzdur. Buradakı insanların dünənki tarixidir. Sabahkı tariximiz üçün bir şahiddir. Çinlilərin bir sözü var, "keçmişini yaxşı öyrən, o, gələcəyin müəllimidir". Tarixi öyrənmək üçün kitab oxumaq kifayət deyil. Mütləq tarixi məkanları, muzeyləri də ziyarət etmək lazımdır. Məsələn, Qax rayonunun Güllük kəndində böyük təpənin üzərində çox möhtəşəm abidə var idi. Amma hazırda abidənin yalnız bünövrəsi qalmaqdadır. Bu da insanların cahilliyindən, maariflənmə işinin aparılmamasından irəli gəlir. Yaxşı olar ki, alban abidələri haqqında mediada maarifləndirmə işləri aparılsın".

Alim qeyd edir ki, o sökülən başqasının deyil, bizim - Qafqazın tarixidir.

"Azərbaycanın tarixi abidələrinin tətqiqatçısı, numizmat-alim Yevgeni Paxomov yazıb: "Misir tarixi üçün ehramların nə qədər böyük əhəmiyyəti varsa, Qafqaz tarixi üçün də Katex kəndində tikilən bu səddin bir o qədər böyük əhəmiyyəti var". Mən bu abidənin restavrasiyası üçün keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevə dəfələrlə müraciət etdim. O söz verdi, mütəxəssislər gəldi. Həftələrlə o abidənin üzərində işlədik. Mədəniyyət Nazirliyi ora bir lövhə vurmaqla öz işini bitmiş hesab elədi", - deyə mütəxəssis bildirib.

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin mütəxəssisi Qənirə Qaforava isə deyir ki, onun çalışdığı muzeydə vəziyyət heç də pis deyil. Dediyinə görə, ziyarətçi sarıdan da əziyyət çəkmirlər:

"Bizim muzeyimizə hər zaman maraq olub. Çünki, Azərbaycanda ilk yaranan muzeydir. Burada iki muzey yerləşir – həm Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi. Bura Tağıyevin yaşayış yeri olub. Gələn ziyarətçi iki muzeyi ziyarət edir. İstər yerli, istərsə də xarici ziyarətçilər hər zaman maraqla gəliblər. Pandemiya dövründə bir müddət bağlandı, amma hazırda açıqdır və ziyarətçilərimiz muzeyimizə baş çəkirlər. Hazırda Tarix muzeyi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti bağlıdır. Amma Tağıyevin 10 otaqdan ibarət xatirə muzeyi açıqdır. Xaricilər üçün 5 manat, yerli ziyarətçilər üçün 2 manatdır, amma məktəbli və tələbələr üçün 1 manatdır. Xaricilər muzeyimizi çox maraqla izləyirlər".

Milli Xalça Muzeyinin Mətbuat xidmətinin rəhbəri Ülvina Fərzəliyeva da mövzuya münasibətini bildirib:

"Giriş 7 manatdır. 6 yaşına qədər uşaqlar üçün pulsuzdur. 6 manatdan yuxarılara 3 manat, məktəb və tələbələrə də 3 manat. Azərbaycan Xalça muzeyi ölkənin ilk İnklüziv muzeydir. Fiziki məhdudiyyətli insanlar da rahat şəkildə muzeyimizi ziyarət edə bilirlər. Onların əlil arabasında girişi, liftlərdən istifadəsi, ekspozisiyalarla tanışlıq üçün bütün şərait yaradılıb. Bundan əlavə, bizdə görmə əngəlli insanlar üçün xovsuz və xovlu texnikanın birgə tətbiqi ilə xalçalarımız üzərində ornamentlər toxunub. Bunu ənənəvi texnologiya şöbəsinin toxucuları ona görə ediblər ki, görmə əngəlli insanlarımız da xalçalara toxunub hiss edə bilsinlər. Bundan əlavə, həmin ornamentlərlə bağlı brayl əlifbası ilə məlumat verilib".

Fərzəliyeva sosial şəbəkələrdə muzeyə girişin baha olmasına narazılıq edənləri də unutmayıb:

"Deyirlər, 7 manat çox bahadır. Halbuki o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəkillərini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat bir kofenin, bir çayın puludur. Gələn insanlar deyirlər ki, "sanki bir anlıq nağıllar aləminə düşdük". Bizim muzeyimizi ziyarət edənlər uzun müddət o ab-havadan çıxmırlar". 

23
Bıçaq əlində qadın, arxiv şəkil

Bacılar arasında bıçaqlaşma baş verib - Lənkəranda

8
(Yenilənib 17:34 18.04.2021)
1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

BAKI, 18 aprel - Sputnik. Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsi 43 ünvanında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.

Hadisənin ailə münaqişəsi zəminində bacılar arasında baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

8
Президент РФ Владимир Путин и министр обороны РФ Сергей Шойгу во время прогулки в тайге

Putin həftə sonunu Şoyqu ilə birlikdə çox sevdiyi Sibirdə keçirdi

0
(Yenilənib 21:09 18.04.2021)
Peskov deyib ki, Putin Uzaq Şərqi də ziyarət edir, Soçini, Krasnaya Polyananı, Krımı da çox sevir. Bütün bu bölgələrin içində Rusiya Prezidenti ən çox Sibirə üstünlük verir.

BAKI, 18 aprel - Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ölkəsinin hansı bölgələrini daha çox sevdiyindən bəhs edib. 

Sputnik Azərbaycan xəbər verir ki, "Rossiya 1" telekanalına müsahibəsində Peskov deyib ki, Rusiya Prezidenti Sibiri hər yerdən çox sevir.

"Digər tərəfdən, o, Uzaq Şərqi də ziyarət edir, Soçini və Krasnaya Polyananı sevir. Putin Krımı da çox sevir. Bütün bu bölgələrin içində Rusiya Prezidenti ən çox Sibiri sevir", - Peskov deyib. 

Peskov onu da qeyd edib ki, mart ayının sonunda prezident Müdafiə naziri Sergey Şoyqu ilə birlikdə bir həftə sonunu Sibirdə keçirib.

"Tayqa boyunca gəzdilər. Şoyqu Putinə hobbi olaraq quru ağacları emal etmək və onlardan əl işləri yaratmaqla məşğul olduğu atelyesini göstərdi", - Peskov əlavə edib.

Xatırladaq ki, Putin doğum günlərini də təbiət qoynunda ov edərək keçirməyi çox sevir. Son illərdə onbu belə səyahatlərində adətən Sergey Şoyqu müşayiət edir. 

0