Bakı-Gəncə sürət qatarı

Sərnişinlər üçün şad xəbər

236
(Yenilənib 19:15 05.04.2019)
Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılir.

BAKI, 5 aprel — Sputnik. Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının Biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı ucuzlaşıb.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. Onun sözlərinə görə, 08.04.2019-cu il tarixdən etibarən 50 manatdan 25 manata endirilir. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılir.

236