İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezident dəyişikliklər barədə sərəncamlara imza atdı

2453
Prezident bir neçə rayonun icra başçısını dəyişdi

BAKI, 5 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq bir neçə rayonun icra başçılarının dəyişdirilməsi barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu sərəncamlara əsasən, Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, onun yerinə Asif Həbib oğlu Hüseynov təyin edilib.

Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onu bu postda Nizaməddin Məhəmməd oğlu Quliyev əvəz edib.

Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Goranboyun yeni icra başçısı Məhərrəm Böyükağa oğlu Quliyev təyin edilib.

Asif Həbib oğlu Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerini Şabranın sabiq icra başçısı Novruz Nəcəf oğlu Novruzov tutub.

2453