Hüseyn Hədisovun ixtirası

Qax sakini yararsız dəmir parçalarına yeni nəfəs verib

8463
(Yenilənib 20:51 04.04.2019)
Hüseyn Hədisov qeyd edir ki, barəsində danışdığımız motosiklet adi halda 200-300 kq yük daşımaq qabiliyyətinə malik idisə, dəyişiklikdən sonra 2 tonluq yükü daşıya bilir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  5 aprel — Sputnik. Fındıq sındıran, taxıl üyüdən, 2 ton yükü daşımaq qabiliyyətinə malik motosiklet... Bütün bu icadların sahibi Qax rayonunun Əmbərçay kənd sakini Hüseyn Hədisovdur.

Hüseyn Hədisovun ixtirası
© Sputnik / Shahperi Abbasova
Hüseyn Hədisovun ixtirası

Kənd sakininin sözlərinə görə, adıçəkilən icadları yararsız dəmir parçalarından hazırlayıb: "Fındıq sındıran üçün pul xərcləməmişəm. Yararsız dəmir parçalarından hazırladım. Bu alət vasitəsilə qozu da sındırmaq mümkündür. Bayram vaxtı kəndin camaatı fındıq-qozu bu alətdə sındırır. Bu aləti təkmilləşdirmək fikrindəyəm. İndi ona əl əməyi lazımdır, ona mühərrik qoşsam, əl əməyinə ehtiyac olmayacaq".

Kənd sakinin digər bir icadı isə taxıl üyüdən aparatdır. Qəhrəmanımız bildirib ki, bu alətə 400 manat pul xərcləyib: "Bu alət kəndlilərin işini asanlaşdırır. Əvvəllər hansısa dəyirmana aparırdılar. Saatlarla növbə gözləyirdilər. Bu alət vasitəsilə həm vaxta qənaət edirlər, həm də itki az olur. Bu aləti yararsız çəlləkdən hazırlamışam. Yalnız mühərrikə və çarxlarına pul xərcləmişəm".

Hüseyn Hədisovun başqa bir icadı isə 2 tonluq yükü daşıya biləcək motosikletdir. Həmsöhbətimiz qeyd edib ki, barəsində danışdığımız motosiklet adi halda 200-300 kq yük daşımaq qabiliyyətinə malik idisə, dəyişiklikdən sonra 2 tonluq yükü daşıya bilir: "Bunun da hazırlanmasına pul xərcləməmişəm. Çox cüzi xərcim çıxıb. Amma əlimdən tutur. İstifadəyə yarasız motosiklet üzərində qurmuşam. Onu hazırlayarkən 5 yararsız texnikanın ehtiyat hissələrindən istifadə olunub".

  • Hüseyn Hədisovun ixtirası
    Hüseyn Hədisovun ixtirası
    © Sputnik / Shahperi Abbasova
  • Hüseyn Hədisovun ixtirası
    Hüseyn Hədisovun ixtirası
    © Sputnik / Shahperi Abbasova
  • Hüseyn Hədisovun ixtirası
    Hüseyn Hədisovun ixtirası
    © Sputnik / Shahperi Abbasova
1 / 3
© Sputnik / Shahperi Abbasova
Hüseyn Hədisovun ixtirası

Hüseyn Hədisov Rusiyada hərbi xidmətdə olarkən orada hərbi məktəbdə mühəndislik üzrə təhsil alıb. Lakin müəyyən səbəblərdən təhsilini yarımçıq qoyub. O iddia edir ki, həmin məktəbi bitirsəydi, bu gün təyyarə, raket ixtira edərdi. Dediyinə görə, oğlu Əmrullah da atası kimi bu işlərə həvəslidir. Ümid edir ki, oğlu onun yarımçıq qalmış arzularını reallaşdıracaq.

8463