Diqlas Ticarət Mərkəzi

"Diqlas" ticarət mərkəzi söküləcək QƏRAR

105
(Yenilənib 16:53 04.04.2019)
Yanğın zamanı 400-dən çox sahibkara maddi zərər dəyib.

BAKI, 4 aprel — Sputnik. "Diqlas" ticarət mərkəzi söküləcək. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən, "Diqlas" ticarət mərkəzi söküləcək.

Xatırladaq ki, mart ayının 26-da Nizami rayonunda yerləşən "Diqals" ticarət mərkəzində yanğın olub. Mütəxəssislər tərəfindən verilmiş rəyə görə, ticarət mərkəzinin binasının təməli zədələnib, dəmir konstruksiya deformasiyaya uğrayıb.

Yanğın zamanı 400-dən çox sahibkara maddi zərər dəyib.

105