Bakı metropoliteni, arxiv şəkli

Metroda qatarların gecikmə səbəbi bəlli oldu

96
(Yenilənib 10:02 04.04.2019)
“Gecikməyə səbəb sərnişinlərin qatarı ləngitməsi, qapıları tutub saxlamasıdır”

BAKI, 4 aprel — Sputnik. Bu gün səhər saatlarında "Bakı  metropoliteni"ndə qatarların hərəkətində gecikmə olub.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında gecikmənin səbəbindən danışıb.

Onun sözlərinə görə, metroda heç bir texniki nasazlıq olmayıb: "Xətdə heç bir nasazlıq yoxdur. Hər şey  qaydasındadır. Sadəcə, gecikməyə səbəb sərnişinlərin qatarı ləngitməsi, qapıları tutub saxlamasıdır. Bu səbəbdən də stansiyalara nəzarət gücləndirilib".

96