В Баку открылся первый книжный магазин юридической литературы

Vəkillərin hakimlərlə qeyri-prosessual münasibətlərinin qarşısı alınacaq

23
(Yenilənib 19:23 03.04.2019)
Vəkillər Kollegiyasına vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirməsi tövsiyə edilib

BAKI, 3 aprel - Sputnik. Azərbaycanda vəkillərin məhkəmə hakimləri ilə qeyri-prosessual münasibətlərinin qarşısı alınacaq.

Bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirməsi tövsiyə edilib.

23