Bakı Şəhər İcra Hakimiyyətinin binası

Müxalifət partiyaları cavablarını aldılar

5950
BŞİH Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə cavab verib

BAKI, 3 aprel - Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

BŞİH-də müraciətə baxılıb və Milli Şuranın aprelin 6-sı saat 15:00-dan 17:00-dək İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının da mitinqlə bağlı müraciətini cavablandırıb.

BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının aprelin 7-də, saat 15:00-da İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.

5950