CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlillərə qulluq edənlərə təqaüdün təyini üçün tələb olunan sənədlər bilindi

CC0 / stevepb / инвалидИнвалидная коляска. Архивное фото
Инвалидная коляска. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
I qrup əlilliyi olan şəxslərə qulluğa görə təqaüd isə qulluq edən şəxsin özünə ödənəcək

BAKI, 3 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə aprelin 1-dən sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla yanaşı, yeni təqaüd növlərinin təsis edilməsi də nəzərdə tutulub.

Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlyinin məlumatına istinadla xəbər verir ki, sərəncama əsasən, I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.

Hazırda bu təqaüdlərin ödənişinin necə aparılması və təyin olunması üçün hansı sənədlər tələb ediləcəyi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq icra mexanizmi hazırlanır. Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunan təqaüdün onlara ödənilən sosial müavinətlə birgə ödənilməsi, bunun üçün hər hansı bir sənədin tələb olunmaması nəzərdə tutulur.

I qrup əlilliyi olan şəxslərə qulluğa görə təqaüd isə qulluq edən şəxsin özünə ödənəcək. Hazırlanmış ilkin layihədə qulluq edənin müəyyən edilməsi üçün tələb olunan sənədlərə qulluq edənin şəxsiyyət vəsiqəsi, müvafiq yerli icra hakimiyyəti orqanının vətəndaşın I qrup əlilliyi olan şəxsə qulluq göstərməsinə dair arayışı və Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsinə ərizəsi daxildir.

Xəbər lenti
0