Astara rayon polis şöbəsi

Heroin alverçisi cinayət başında ələ keçdi - FOTO

152
(Yenilənib 11:11 03.04.2019)
Faktla bağlı araşdırmalar davam etdirilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 3 aprel - Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları 1 kiloqram 650 qram narkotik vasitə olan heroini qanunsuz dövriyyədən çıxarıblar. Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN-in Lənkəran Regonal Qrupundan əldə etdiyi məlumata əsasən, Astara RPŞ-nin əməkdaşlarının rayonun Pensər kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Aynur Şükürov 770 qram narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb və üzərindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Aynur Şükürov
© Sputnik / Rahim Zakiroghlu
Aynur Şükürov

Əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şükürovun narkotik vasitəni Astra rayon sakini kamran Novruzovdan əldə etdiyi müəyyənləşdirilib. K.Novruzov Astara RPŞ-nin əməkdaşları tərəfində Bakı şəhəri Balaxanı qəsəbəsində kirayə qaldığı evdə saxlanılıb. Onun üzərindən və kirayə qaldığı evdən iki bükümdə, ümumilikdə 420 narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq K.Novruzovun Astara rayonu Telman kəndində yerləşən fərdi yaşayış evindən isə 460 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Kamran Novruzov
© Sputnik / Rahim Zakiroghlu
Kamran Novruzov

Faktla bağlı araşdırmalar davam etdirilir.

152
Əlaqədar
Ağcabədidə narkotik əməliyyatı keçirilib
Yol polisi saxladı, narkotik və silah tapdı
Astarada narkotik alverçisi tutuldu
Ölkəyə külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı