CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Mənzillərin qiyməti qalxacaq”

© Official website of President of Azerbaijan RepublicMənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışı olub
Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışı olub - Sputnik Azərbaycan
Abunə olmaq
"Təkcə bu ilin fevralında azərbaycanlılar tərəfindən 7 tikinti şirkəti Türkiyədə qeydiyyata alınıb"

BAKI, 3 aprel — Sputnik. "2017-2018-ci illərdə mənzil və inşaat bazarında müəyyən qədər aktivlik var idi. Həm yeni, həm də köhnə tikili mənzillərin bazarında aktivlik müşahidə edildi. Lakin şəhərsalma arxitekturası tərəfindən yeni standartların tətbiq edilməsi ilə əlaqədar olaraq bu il inşaat həcminin azalması proqnozlaşdırılır".

© Sputnik / Irade JELILAzərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov
Ekspert: “Mənzillərin qiyməti qalxacaq” - Sputnik Azərbaycan
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, inşaat bazarında qaydalar sərtləşdirildiyi üçün mühitin rəqabətli olmasına baxmayaraq şirkətlər qiymətləri qaldırmaq niyyətindədir: "Yeni normalar tətbiq edildikcə bazarda rəqabət azalacaq. Nəticədə isə qiymətlər 30-40 faizədək qalxacaq".

Hazırda mənzil bazarında qiymətlərin stabil olduğunu söyləyən ekspert bu ilin əvvəlindən etibarən mənzil bazarında alıcılıq səviyyəsinin aşağı düşdüyünü deyib: "Belə davam edərsə, yerli investorlar xarici bazarlara maraq göstərəcək. Onu qeyd edim ki, təkcə bu ilin fevralında azərbaycanlılar tərəfindən 7 tikinti şirkəti Türkiyədə qeydiyyata alınıb".

E.Azadovun sözlərinə görə, hazırda Bakı və ətraf ərazilərdə 250-yə yaxın inşaat layihəsi həyata keçirilir.

Xəbər lenti
0