Mətbəxdə su kranı. Arxiv şəkli

Binəqədi sakinləri etiraz edirlər: "Suyu maşınla alırıq"

75
(Yenilənib 19:25 02.04.2019)
Anar Cəbrayıllı: “"Bu həftə sözügedən ərazidə layihəyə başlanılacaq və əraziyə su çəkiləcək"”

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Bu gün Binəqədi rayon "3-cü mədən" ərazisinin sakinləri ərazidə suyun olmamasına etiraz əlaməti olaraq yolu bağlamağa cəhd ediblər.

Dağ çayı, arxiv şəkli
© Sputnik / Vladimir Vyatkin

Sputnik Azərbaycan xəbər verir ki, ərazi sakinləri maşınla su almaqdan yorulduqlarını dilə gətiriblər: "Müvafiq qurumlara müraciət etmişik. Heç kim bizim problemimizlə maraqlanmır. 50 ildən çoxdur ki, bu ərazidə yaşayırıq. Suyun maşınını 30 manata alırıq. Bir maşın su bir aya çatmır. Bizim gəlirlərimiz hər ay suya o qədər pul verəcək qədər deyil".

Narazı sakinlər yolları kəsərək, avtomobillərin hərəkətinə mane olmağa çalışıblar.

Məsələyə aydınlıq gətirən "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Binəqədi "3-cü mədən" ərazisində layihələr davam edir: "Bu həftə sözügedən ərazidə layihəyə başlanılacaq və əraziyə su çəkiləcək".

75