Diqlas Ticarət Mərkəzində yanğın

“Diqlas”dakı sahibkarlar üçün xoş xəbər

102
(Yenilənib 12:30 02.04.2019)
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlara yardımdan danışdı

BAKI, 2 aprel — Sputnik. Bakıda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlara maliyyə dəstəyinin verilməsi qaydaları hazırlanır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov brifinq zamanı deyib.

O xatırladıb ki, dövlət başçısının fərmanına əsasən, yanğınla əlaqədar xüsusi komissiya yaradılıb. Sahibkarlara maliyyə yardımının göstərilməsi üçün hökumət 3 milyon manat ayırıb.

S.Məmmədov qeyd edib ki, bu günədək 400-dən çox sahibkarla görüş keçirilib, hər biri ilə fərdi olaraq problemlər müzakirə olunub.

Onun sözlərinə görə, sahibkarlar digər ticarət mərkəzlərində mağazalarla təmin olunacaq və beş ay ərzində icarə haqqı ödəməyəcəklər.

Bundan başqa, həmin sahibkarlar Sahibkarlığın İnkişafı Fondu tərəfindən daha aşağı faizlərlə güzəştli kreditlər ala biləcəklər.

102
Əlaqədar
"Diqlas"da baş vermiş yanğınla bağlı komissiya yaradıldı
“Diqlas”ın işçiləri dövlətdən 6,3 milyon manat istədilər
“Diqlas”da malları yananlara veriləcək məbləğ bilindi
"Diqlas"da malları yanmış sahibkarlara güzəştli kredit veriləcək