Yasamal yaşayış kompleksi

Yeni güzəştli mənzillər gəlir

165
(Yenilənib 12:21 02.04.2019)
Sözügedən 12 binanın tikintisi üçün investisiya qoyuluşunun ümumi həcminin 40 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur

BAKI, 2 aprel — Sputnik. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirir.

Sputnik Azərbaycan MİDA-nın rəsmi saytına istinadən xəbər verir ki, dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi məqsədilə keçirilmiş investisiya müsabiqəsi nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaq investor müəyyən olunub.

Müsabiqənin qalibi olan "Kristal Abşeron MTK" (www.kristalabsheron.az) investisiya qoyuluşu müqabilində "MİDA" MMC-nin sifarişi ilə hazırlanmış və müvafiq qaydada dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir. Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 binada (7-si 12 mərtəbəli, 5-i 9 mərtəbəli) yerləşən mənzillərdən 189-u (16-sı 1 otaqlı, 60-ı 2 otaqlı, 86-sı isə 3 otaqlı, 27-si 4 otaqlı) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və "Güzəştli mənzil" elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq. Sözügedən 12 binanın tikintisi üçün investisiya qoyuluşunun ümumi həcminin 40 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.

"Kristal Abşeron MTK" MİDA tərəfindən cəlb olunmuş artıq 4-cü özəl investordur. Xatırladaq ki, Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin ərazisində bina tikintisi, müvafiq telekommunikasiya infrastrukturunun yaradılması və ticarət mərkəzinin tikintisi üçün MİDA tərəfindən daha öncə 3 investor cəlb olunmuş və nəzərdə tutulan 18 milyon manat investisiya vəsaitinin 11 milyon manat hissəsi uğurla reallaşdırılmışdır.

Qeyd edək ki, Strateji Yol Xəritəsinə əsasən, MİDA tərəfindən həyata keçirilən dövlət-özəl tərəfdaşlığı layihələri ölkədə uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradır, eyni zamanda investisiya mühitinin möhkəmləndirilməsinə və sahibkarlığın inkişafına hədəflənən dövlət siyasətinin həyata keçirilməsinə töhfə verir.

165
 Distant təhsil, arxiv şəkli

Distant təhsil bir müddət dayandırılsın - ekspert səbəbi açıqladı

13
(Yenilənib 18:30 28.09.2020)
VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır.

BAKI, 28 sentyabr — Sputnik. "İnternetə və bəzi sosial media resuslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı ali və orta təhsil pilləsində distant təhsilin bir müddət dayandırılması doğru olardı".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb.

O, qeyd edib ki, bu həm də "WhatsApp"dan istifadə edən valideynlərin, müəllimlərin və təhsil alanların kütləvi olaraq VPN yükləməsinin qarşısını alardı.

"VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən, həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır. Ümid edirəm, Təhsil Nazirliyi bunları nəzərə alaraq zəruri tədbirlər görəcək" - Osman Gündüz qeyd edib.

13
Yerevan

Rus İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı

21
(Yenilənib 18:14 28.09.2020)
Azərbaycanın Rus İcması: "Özlərinin işğalçı hərəkətlərinə bəraət qazandırmaq və beynəlxalq strukturların gözlərinə kül üfürməklə Ermənistan Dağlıq Qarabağda heç kəs tərəfindən tanınmayan separatçı rejim yaradıb"

 

BAKI, 28 sentyabr — Sputnik. Ermənistanın bütün cəbhə xətti boyunca növbəti təxribatı ilə əlaqədar Azərbaycanın Rus İcması bəyanat verib. Sputnik Azərbaycan həmin bəyanatı təqdim edir:

"Sentyabrın 27-də səhər saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri irimiqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun cəbhə xətti boyunca yerləşən mövqelərini və cəbhəyanı zonada yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutublar. Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə xətti boyunca mövqelərini, Tərtər rayonunun Qapanlı kəndini, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərini, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini atəşə tutublar. İntensiv atəşlər nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var. Mülki infrastruktur obyektlərinə də ciddi ziyan vurulub. Ermənistan silahlı qüvvələrinin döyüş fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyunca əks-həmlə əməliyyatına başlamaq barədə qərar qəbul edib. Təsdiqlənmiş məlumata görə, Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdurrəhmanlı və Kənd Horadiz, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Biz – Azərbaycanın etnik rus əhalisi Ermənistan rəhbərliyinin münaqişənin gərginləşməsinə və suveren Azərbaycan dövlətinin yeni ərazilərini ələ keçirmək cəhdinə yönələn təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyirik. Ölkənin etnik rus vətəndaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəbhə xəttində vəziyyətlə və bütövlükdə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyir. Biz ordumuzun, igid hərbi qulluqçularımızın nümayiş etdirdiyi dözüm və rəşadətə onlara təşəkkür edirik! Vəziyyətdən asılı olmayaraq, Azərbaycanın rus əhalisi 90-cı illərin əvvəllərində olduğu kimi daim Azərbaycan xalqı ilə, qardaşlarımızla çiyin-çiyinə dayanmağa və Azərbaycan sərhədlərinin möhkəmlənməsi hüququnu qoruyaraq Vətənimizi sonadək müdafiə etməyə hazırdır! Azərbaycan, onun rəhbərliyi 25 ildən çoxdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq birlik tərəfindən tanınan sərhədlər çərçivəsində suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında dinc yolla nizamlamağa çalışır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüz, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu regionda sülhə və təhlükəsizliyə əsas təhdid mənbəyidir. Beynəlxalq təşkilatlara – BMT, ATƏT və onun Minsk qrupuna, Avropa ictimaiyyətinə, həmçinin bir sıra sülhməramlı təşkilatlara Ermənistan rəhbərliyini bütün danışıqlar prosesinin sabitliyini pozmaq üçün təkrarlanan cəhdlərə görə məsuliyyətə çağırmaq barədə müraciətlər edilib.

Ermənistanın bu il iyul ayında Tovuz istiqamətində hərbi təxribatı növbəti dəfə sübut etdi ki, rəsmi Yerevan bütün beynəlxalq razılaşmalara zidd olaraq danışıqlar prosesini pozmağa çalışır və qeyri-qanuni şəkildə erməni işğalı altında olan Dağlıq Qarabağ və ona bitişik 7 rayondan uzaqda yerləşən rəsmi sərhəd istiqamətində hücuma keçərək məqsədli şəkildə münaqişə zonasını genişləndirir. Əfsuslar olsun ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinə heç bir sərt çağırışlar olmadı və bu gün Ermənistanın növbəti təxribatı irimiqyaslı hərbi əməliyyatların başlanmasına, həm hərbçilərin, həm də dinc sakinlərin ölümünə gətirib çıxardı.

Ermənistanın cinayətkar rəhbərliyi tərəfindən başlanmış silahlı münaqişə müstəqil və suveren Azərbaycan Respublikasının ərazisində artıq 30 ildən çoxdur ki, davam edir. Özlərinin işğalçı hərəkətlərinə bəraət qazandırmaq və beynəlxalq strukturların gözlərinə kül üfürməklə Ermənistan Dağlıq Qarabağda heç kəs tərəfindən tanınmayan separatçı rejim yaradıb. Nəticədə, yüz minlərlə azərbaycanlı doğma torpaqlarından qovulub, Xocalı şəhərinin faciəsi baş verib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, Azərbaycanın milli sərvətləri və tarixi abidələri vəhşicəsinə məhv edilib. Azərbaycanın rus icması beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməyə və öz hərəkətləri ilə bütün regionun sabitliyini təhlükə altına qoya biləcək təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırır".

21
Türkiyə Böyük Millət Məclisi

Türkiyənin parlament partiyaları bəyanat yaydı: Azərbaycanın yanında olmağa davam edəcəyik

0
Türkiyənin parlament partiyaları birgə bəyanat yaydı: "Ermənistan sadəcə bölgədə sülhün qarşısında olduğunu göstərib. Beynəlxalq ictimaiyyəti Azərbaycanın yanında durmağa çağırırıq".

BAKI, 28 sentyabr — Sputnik. Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan 5 siyasi partiyadan 4-ü - Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (CHP) və İyi Partiya Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı birgə bəyanat yayıb.

Sputnik Türkiyə-nin məlumatına görə, bəyanatda Ermənistanın Azərbaycana qarşı hücumları pislənilib:

"Ermənistanın hücumlarını ən güclü şəkildə qınayırıq. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Ermənistan sadəcə bölgədə sülhün qarşısında olduğunu göstərib. Beynəlxalq ictimaiyyəti Azərbaycanın yanında durmağa çağırırıq".

Qeyd edək ki, Xalqların Demokrat Partiyası (HDP) bəyanatı imzalamayıb.

0
Əlaqədar
Türkiyə XİN Qarabağdakı təxribatla bağlı bəyanat yaydı
Ərdoğan: "Türkiyə Azərbaycanın yanındadır. Artıq hesab vaxtı gəldi"
Ərdoğan Əliyevə zəng etdi: "Türkiyə Azərbaycanın yanındadır"