CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edildi

CC BY 2.0 / KellyB. / MIBМужчина с портфелем, фото из архива
Мужчина с портфелем, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müsahibədə iştirak etmək istəyənlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 1 aprel 2019-cu il tarixindən 1 may 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir

 

BAKI, 1 aprel — Sputnik. 2019-cu il 1 aprel tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən 3 dövlət orqanında inzibati vəzifələrin 5–7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib. Sputnik Azərbaycan-a DİM-dən daxil olan məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmələrdə olmaqla elana çıxarılan vəzifələrin 2-si dövlət qulluğu vəzifələrinin A növü (inzibati rəhbər) və 14-ü isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitoriq İdarəsinin rəisidir. Eyni zamanda inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İmişli regional "ASAN xidmət" mərkəzində sektor müdiri-baş mühasib vəzifələrinə də vakansiya elan edilib. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 1 vəzifə, Şəki Apelyasiya Məhkəməsində 11 vəzifə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 4 vəzifə olmaqla 16 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibədə iştirak etmək istəyənlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 1 aprel 2019-cu il tarixindən 1 may 2019-cu il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

Xəbər lenti
0