CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar hər gün həyat uğrunda vuruşurlar - Uşaq Xəstəxanasının həkimləri ilə müsahibə

© Sputnik / Nigar Maharram1 Saylı Respublika Kliniki Uşaq Xəstəxanası
1 Saylı Respublika Kliniki Uşaq Xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
"Analizin nəticəsində uşağın QİÇS olduğu bəlli oldu. Bu zaman biz valideynlərin də yoxlanılmasını tələb etdik. Sonradan bəlli olub ki, valideynlər də QİÇS imiş"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 31 mart — Sputnik. Ağ divarlar, yaşıl çarpayılar və körpə çığırtısı. Çox təəssüf ki, bəzən yeni doğulmuş körpələrin həyatları elə bu çarpayılardaca bitir. 

Son illər Azərbaycanda uşaq ölümünün sayının azalması ilə bağlı ciddi uğurlar eldə edilsə də, bu problem hələ də qalır. Vaxtaşırı müxtəlif xəbər agentliklərinin uşaq ölümləri ilə bağlı məlumatını oxuyuruq. 

Biz də uşaq ölümünün səbəblərini öyrənmək üçün Respublika Uşaq Xəstəxanasına yollandıq. Xəstəxananın baş həkimi Nərgiz Qasımova, “Reanimasiya” şöbəsinin müdiri Sevda Əliyeva, “Kardiologiya” şöbəsinin müdiri Xalidə Abdinova, “Konsultativ poliklinika” şöbəsinin müdiri Səadət Xudiyeva, “İkinci pediatriya” şöbəsinin müdiri Gülyanaq Əliyeva, baş həkimin müavini Nərgiz Əli Əsgərli ilə söhbətləşdik.

Sputnik Azərbaycan xəstəxananın baş həkimi Nərgiz Qasımova və şöbə rəhbərləri müsahibəni təqdim edir:

- Ötən il ərzində xəstəxanaya daxil olan müraciətlər, qəbul edilən xəstələr və ölüm faktları ilə bağlı rəqəmlər necə olub?

Baş həkim Nərgiz Qasımova:

© Sputnik / Nigar MaharramBaş həkim Nərgiz Qasımova
Onlar hər gün həyat uğrunda vuruşurlar - Uşaq Xəstəxanasının həkimləri ilə müsahibə - Sputnik Azərbaycan
Baş həkim Nərgiz Qasımova

- Ötən il xəstəxanamıza ümumi müraciətlərin sayı 10 mindən artıq olub. 2 min 467 xəstə uşaq isə qəbul edilib. Onların yalnız 23 nəfəri tələf olub. Bu isə 0.9 faiz deməkdir.

- 2017-ci ildə uşaq ölümlərinin sayı nə qədər olub?

- Öncəki illə müqayisədə 2018-ci ildə ölümlərin sayı azalıb. 2017-ci ildə xəstəxanada tələf olanların sayı 27 nəfər olub.

- Ölümlərə səbəb olan əsas faktorlar nə olub?

"Reanimasiya" şöbəsinin müdiri Sevda Əliyeva:

© Sputnik / Nigar MaharramSevda Əliyeva
Onlar hər gün həyat uğrunda vuruşurlar - Uşaq Xəstəxanasının həkimləri ilə müsahibə - Sputnik Azərbaycan
Sevda Əliyeva

- Ölən uşaqlar kiçik yaşlı olub. Bu uşaqların 10-da anadangəlmə ürək qüsuru olub. Onlardan ikisində kardiomeopatiya aşkarlanıb. Digər 2 xəstəmiz də ensefalitdən dünyasını dəyişib. Bundan başqa, bəzi xəstələr naməlum mənşəli komalarla xəstəxanaya gətirilib. Demək olar ki, həmin 23 müraciətdən 16-sı xəstəxanada 1-2 saat yatırılan və sutkaya qədər qalanlar olub. Yəni xəstə gecikdirilmiş halda xəstəxanaya gətirilib.

- Ötən il ensefalit diaqnozu xəstəxanaya gətirilənlərin sayı nə qədər olub?

- Ötən il 30 xəstə ensefalit diaqnozu ilə koma vəziyyətində xəstəxanaya gətirilib. Bu xəstələr 5-30 gün aralığında komada qalıblar. Onlar tam sağaldıqdan sonra şöbələrə, yaxud da reabilitasiya üçün müvafiq xəstəxanalara göndəriliblər. Ötən il komada olan 30 belə xəstədən yalnız biri dünyasını dəyişib.

- Kardiomeopatiyaların çarəsi varmı?

"Kardiologiya" şöbəsinin müdiri Xalidə Abdinova:

© Sputnik / Nigar MaharramXalidə Abdinova
Onlar hər gün həyat uğrunda vuruşurlar - Uşaq Xəstəxanasının həkimləri ilə müsahibə - Sputnik Azərbaycan
Xalidə Abdinova

- Kardiomiopatiyaların yeganə çarəsi ürək köçürülməsidir. Lakin bu əməliyyat hələ ki, ölkəmizdə mümkün deyil. Belə qüsurlu uşaqlarda ürək səbəbsiz olaraq genişlənir. Ürək əzələsi üfürülmüş şar kimi olur və getdikcə böyüyür. Hazırda xəstəxanamızda yatan 3 yaşlı Talıb da bu xəstəlikdən əziyyət çəkir. Onda ürək döş qəfəsinin divarını sıxıb.

- Bu cür xəstələrlə bağlı proqnoz necədir?

- Belə xəstələrlə bağlı proqnoz çox pisdir. Onlar qəflətən ölə bilər. Kardiomiopatiyadan əziyyət çəkən belə xəstələrimiz ildə 4-5 dəfə xəstəxanada yataraq müalicə alırlar.

- Maraqlıdır, belə uşaqların valideynləri qohumdurmu?

- Talıbın valideynləri qohumdur. Lakin bu uşağın atası onları atıb. Ana isə çox imkansızdır. Xəstəxanamıza müraciət edən iki qardaşdan biri də dünyasını dəyişmişdi. Salyan rayonundan olan Nağıyev Mirağa 15 yaşında ikən sağ mədəciyin aritmiral displasasiyasına görə dünyasını dəyişib. Həmin uşaqların anası 3-cü dəfə hamilə olduqda həkimlər formalaşan döldə də bu xəstəliyin olacağını proqnozlaşdırdılar. Belə xəstələrdə ürəyin sağ kameraları inkişaf etmir. Ən ağır formada cərrahi müdaxilə ilə bu xəstələrin 10-15 il ömrünü uzatmaq mümkündür.

- Ürək qüsuruna görə qeydiyyatda olan xəstələrlə bağlı rəqəmlər necə dəyişir?

N. Qasımova:

- 2012-2018-ci ildə ürək qüsuruna görə qeydiyyatda olan uşaqların 792-sində bu problemin anadangəlmə olduğu bəlli olub. Qeyd olunan illərdə kardiomiopatiyaya görə 34, digər xəstəliklərə görə isə 74 nəfər xəstəxanada qeydiyyatdadır.

- Ürək qüsurlarından sonra ikinci yerdə hansı xəstəlik dayanır?

"Konsultativ poliklinika" şöbəsinin müdiri Səadət Xudiyeva:

© Sputnik / Nigar MaharramSəadət Xudiyeva
Onlar hər gün həyat uğrunda vuruşurlar - Uşaq Xəstəxanasının həkimləri ilə müsahibə - Sputnik Azərbaycan
Səadət Xudiyeva

- Ürək xəstəliklərindən sonra ikinci yerdə tənəffüs yolları xəstəlikləri dayanır. Ötən ildə müvafiq şöbəyə 621 xəstə qəbul olunub ki, onların da 300-dən çoxu tənəffüs yolları xəstəliklərindən, 106-sı isə ürək qüsurundan əziyyət çəkib.

- Yaş faktorunun bu cür xəstəliklərdə çəkisi varmı?

N.Qasımova:

- Sizə bir misal çəkim. Şöbələri gəzirdim, reanimasiyaya baş çəkəndə elə bildim ki, uşağın yanında qalan nənəsidir. Sonra məlum olub ki, uşağın yanında qalan şəxs onun anası imiş. Uşağın atasının yaşı 60-dan yuxarı idi. 55 yaşdan çox yaşı olan ana təbii yolla hamilə qalmışdı. Bu onların sayca 4-cü övladları idi. Digər bir misal, bu ay bizə Xaçmaz rayonundan bir uşaq göndərildi. Uşaqda ürək donqarı olsa da, bu problem onda yalnız 16 yaşında ikən aşkarlanmışdı.

- Öncəki illərlə müqayisədə xəstəliyin aşkarlanma tezliyində necə, fərq varmı?

- Öncəki illərlə müqayisədə son zamanlar ürək qüsurları daha erkən aşkarlanır.

- Başqa hansı xəstəliklərə görə müraciətlər daxil olur?

"İkinci pediatriya" şöbəsinin müdiri Gülyanaq Əliyeva:

© Sputnik / Nigar MaharramGülyanaq Əliyeva
Onlar hər gün həyat uğrunda vuruşurlar - Uşaq Xəstəxanasının həkimləri ilə müsahibə - Sputnik Azərbaycan
Gülyanaq Əliyeva

- Bizə daxil olan müraciətlər sırasında qaraciyərdə qlikogen depo xəstəliyindən əziyyət çəkənlər də olub. Bu genetik xəstəlikdir. Bu xəstəliyə "daxili orqanlarda toplanma" da deyilir. Bu zaman qaraciyər və dalaq böyüyür, orqanlar yerini dəyişir. Məsələn, bəzən olur ki, belə xəstələrdə ürək sağda yerləşir. Uşaqlarda belə xəstəliklər zamanında aşkarlanmadıqda o zaman azyaşlılar iflicdən dünyalarını dəyişirlər. Bundan başqa, müraciətlər arasında nevroloji xəstələr də üstünlük təşkil edir.

- QİÇS-ə görə müraciətlər necə, çoxluq təşkil edirmi?

- Bizə daxil olan müraciətlərin bəzilərində valideyn deyir ki, övladı bir həftədən, bir aydan artıqdır ki, hərarətdən əziyyət çəkir. Bu zaman biz uşaqdan QİÇS-ə görə analiz götürürük. İl ərzində, təxminən, 5-6 belə xəstədə QİÇS aşkarlanır. Bu yaxınlarda bir xəstə gətirildi. Uşağın bir yaşı olsa da, o, 2 aylıq kimi görünürdü. Analizin nəticəsində uşağın QİÇS olduğu bəlli oldu. Bu zaman biz valideynlərin də yoxlanılmasını tələb etdik. Sonradan bəlli olub ki, valideynlər də QİÇS imiş. Onlar hətta QİÇS-ə görə qeydiyyatda olsalar da, bunu bizdən gizlətməyə çalışıblar. Belə məlum olub ki, ailə həyatı qurduqdan sonra kişi bu xəstəliyi həyat yoldaşına da keçirib. Nəticədə artıq ailənin körpəsi də bu ağır bəladan əziyyət çəkir. Bundan başqa vaxtında peyvənd olunmadığına görə uşaqların səhhətində bəzən böyük fəsadlar aşkarlanır.

- Bu haqda daha geniş məlumat verərdiniz...

- Xəstəxanaya gətirilən 6-8 aylıq körpələr də qızılcadan əziyyət çəkir. Belə olan halda uşaq yalnız qızılca, məxmərəkdən deyil, onun yaratdığı fəsaddan da dünyasını dəyişir. Çünki bu cür xəstəliklərin ağır fəsadları olur: ensefalit, ağır pnevmoniya və s. Elə xəstələr var ki, 10 ayında qızılca keçirtsə də, onun fəsadları uşaqda gec, 12 yaşında ikən aşkarlanır. Bu zaman isə uşaq, tamamilə, iflic olunmuş vəziyyətdə olur. Bu gün belə xəstələrimdən birinin valideynləri daima mənimlə əlaqədədir. Onların övladları, demək olar ki, bitki həyatı yaşayır, yəni yalnız qidalanır. Uşaqlarını peyvənd etməyənlər ilk növbədə övladlarının, daha sonra isə ətrafdakı uşaqların haqlarına girirlər.

- Hansı halda peyvənd etmək olmaz?

- Onkoloji, nevroloji və birincili immunçatışmazlığı xəstəliklər zamanı uşağa peyvənd olmaz.

- Ölüm saylarının sıfıra endirilməsi üçün nələr edilməlidir?

Baş həkimin müavini Nərgiz Əli Əsgərli:

© Sputnik / Nigar MaharramNərgiz Əli Əsgərli
Onlar hər gün həyat uğrunda vuruşurlar - Uşaq Xəstəxanasının həkimləri ilə müsahibə - Sputnik Azərbaycan
Nərgiz Əli Əsgərli

- Rayon xəstəxanalarında uşaqlara nəzarətin artırılmasına ehtiyac var. Bu məsələni xüsusi ilə vurğulamaq istəyərdim. Çünki rayonlardan ağır vəziyyətdə olan uşaqlara görə xəstəxanamıza müraciətlər daxil olur. Elə hesab edirəm ki, orada həkimlərin uşaqlara nəzarəti elə də ciddi deyil. Oradan gələnlər aqanal vəziyyətdə olurlar. Düzdür burada valideynlərin də günahları danılmazdır. Bundan başqa, valideynlərin, ailə həyatı qurmağa hazırlaşanların da maarifləndirilməsinə ehtiyac var. Çünki qohum nikahları daha çox rayonlarda qeydə alınır.

- Müasir texnologiyaların inkişafı əlavə hansı imkanlar verir?

- Bu imkanlar bizə "Skype" ilə də danışmağa, telesəhiyyə vasitəsilə xəstəxanalar arasında konsultasiya təşkil etməyə imkan verir. "Skype" vasitəsi ilə xəstə ilə tanış oluruq. Məsləhətlərimizi verir, lazım olanda xəstəyə baş çəkir və xəstəni xəstəxanamıza gətiririk.

- Ötən iki ay ərzində xəstəxanaya nə qədər müraciət daxil olub?

S.Xudiyeva:

- İki ayda 3 275 nəfər poliklinikaya müraciət edib. Stasionara müraciət edənlərin sayı 1102 nəfər olub.

N.Qasımova:

- Bu iki ayda 112 müraciət daxil olub. Onlardan 98-i şöbəyə yerləşdirilib. Əməliyyatdan sonra xəstəxanamıza 39 nəfər yerləşdirilib.

Xəbər lenti
0