Avtobus sürücüsü

Qayda pozduğu üçün saxlanılan avtobus sürücü narkoman çıxdı

93
(Yenilənib 15:48 30.03.2019)
Cəlilabad sakininin nəqliyyat vasitəsini idarə etmək üçün vəsiqəsi də olmayıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Cəlilabadda narkotik maddə qəbul edən mikroavtobus sürücüsü saxlanılıb.

Oqtay Abbasovun idarə etdiyi mikroavtobus
© Sputnik / Rahim Muradov
Oqtay Abbasovun idarə etdiyi mikroavtobus

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad rayonu ərazisində 3 saylı marşrut xətti üzrə hərəkətdə olan 15-BP-496 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobusun sürücü yol hərəkəti qaydalarını pozub. Cəlilabad RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti əməkdaşları onu "saxla" işarəsi verərək dayandırıblar. Dayandırılan mikroavtobusun sürücüsü, Cəlilabad rayonu Soltankənd kənd sakini Oqtay Abbasovun ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı müəyyən edilib.

Oqtay Abbasov
© Sputnik / Rahim Muradov
Oqtay Abbasov

Sürücü O.Abbasovun hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı mikroavtobus sürücüsünün narkotik vasitə qəbul etdiyi aşkar olunub.

Saxlanılan Oqtay Abbasov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib.

93
Qurcana çayı tullantılardan təmizlənib

Azərbaycanda şəhərin zibili çayı görünməz etdi - FOTO

2
(Yenilənib 19:16 31.05.2020)
Nazirliyin əməkdaşlarının nəzarəti ilə Şəki Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən çay tullantılardan təmizlənib.

BAKI, 31 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəki şəhərindəki Qurcana çayının tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan şikayət regional ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Sputnik Azərbaycan nazirliyin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı Qurcana çayının tullantılarla çirkləndirilməsi faktı təsdiqini tapıb. Faktla bağlı akt tərtib olunub.

© AR Ministry of Ecology and Natural Resources.
Qurcana çayı tullantılardan təmizlənib

Nazirliyin əməkdaşlarının nəzarəti ilə Şəki Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən çay tullantılardan təmizlənib.

2
Əlaqədar
Zibilin apardığı pullar - iki min beş yüz manatı getdi
Salam, dəniz. Ötən il sağollaşdığımız kimisən: çirkli, hirsli...
Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır
Bura təbiətin geri dönüş nöqtəsidir - Hər şeydən xeyir alındığı yer
Sumqayıtın yeni bəlası: inkişaf etdikcə ekoloji problem yaranır
Sürücü sükan arxasında, arxiv şəkli

Piyadanı öldürüb qaçan sürücü saxlanılıb

2
(Yenilənib 19:10 31.05.2020)
Şəmkir şəhər sakini Arzu İsmayılov Bakı-Qazax avtomobil yolunda piyadanı vurduqdan sonra hadisə yerindən qaçıb

BAKI, 31 may — Sputnik. Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutulub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, mayın 22-də saat 22 radələrində Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Əyyublu kəndi ərazisində naməlum sürücü idarə etdiyi avtomobillə yolu keçən piyada – 1982-ci il təvəllüdlü Tağıyev Məşədi İsmayıl oğlunu vuraraq öldürüb.

Sürücünün hadisə yerindən qaçması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin "VAZ-21063" markalı 10-FT-972 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – Şəmkir şəhər sakini 1986-cı il təvəllüdlü İsmayılov Arzu Xanoğlan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. A.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

2
Əlaqədar
Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi
Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb
Ramazan şirniyyatı qismət olmadı: Mingəçevirdəki qəzanın təfərrüatı
Ağır qəzada 4 hərbçi və 1 mülki şəxs həlak olub
Şirvanda minik avtomobili mikroavtobusla toqquşub, ölən və xəsarət alan var