Hava

Yaz havası arzulayanlar üçün bədbin xəbər

180
(Yenilənib 15:19 30.03.2019)
Qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcək

BAKI, 30 mart — Sputnik. Artıq bir neçə gündür ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Gülşad Məmmədova belə hava şəraitinin nə zamanadək davam edəcəyi ilə bağlı Sputnik Azərbaycan-a məlumat verib. Onun sözlərinə görə, qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcək: “Aprelin 2-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır”.

Aprelin 2-dən sonra hava şəraitinin necə olacağı ilə bağlı hələ ki, proqnoz yoxdur.

Qeyd edək ki, sabah apreldə gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanacaq.

180