“Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlarla görüş

Yanğından zərər çəkənlərə cüzi faizlə kredit veriləcək

54
(Yenilənib 12:11 29.03.2019)
Nazir müavini sahibkarlara "Diqlas" bərpa olunana qədər "Sədərək" və ya digər ticarət mərkəzində yer təklif edib

BAKI, 29 mart — Sputnik. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) inzibati binasında "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq yaradılmış İşçi Qrupla sözügedən ticarət mərkəzində fəaliyyət göstərən və yanğın nəticəsində zərər çəkmiş sahibkarlar arasında görüş keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev və Nazirliyin müvafiq şöbələrinin müdirləri, həmçinin KOBİA-nın rəsmi nümayəndələri iştirak ediblər.

Sahibkarlar malları, əsasən, Çindən, Türkiyədən, Dubaydan gətirdiklərini, ancaq həmin malların sənədlərinin olmadığını deyiblər.

Nazir müavini N.Səfərov bildirib ki, "Kapital Bank"da hesab açılacaq və ilkin maliyyə dəstəyi göstəriləcək: "Sahibkarlığın İnkişafı Fondundan cüzi faizlə kredit ayrılacaq".

Nazir müavini sahibkarlara "Diqlas" bərpa olunana qədər "Sədərək" və ya digər ticarət mərkəzində yer təklif edib.

  • “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlarla görüş
    “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlarla görüş
    © Sputnik / Irade JELIL

1 / 4
© Sputnik / Irade JELIL
“Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlarla görüş

Qeyd edək ki, hər bir sahibkar fərdi qaydada qəbul edilir. 3 gün davam edəcək görüşlər çərçivəsində 400 sahibkarın qəbul ediləcəyi gözlənilir.

"Diqlas" ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlarla bağlı İqtisadiyyat Nazirliyində İşçi Qrupu yaradılıb.

Xatırladaq ki, "Diqlas" yanğınında 400-dən çox sahibkar ziyan çəkib. Həmin sahibkarlar üç gün ərzində mərhələli şəkildə nazirin qəbulunda olacaqlar.

54