Здание Министерства внутренних дел Азербайджанской Республики

Azərbaycanda polis rəisi işdən çıxarıldı

76
(Yenilənib 00:24 29.03.2019)
Zərdab rayon Dövlət Yol polisi bölməsinin rəisi işdən çıxarılıb

BAKI, 29 mart - Sputnik. Zərdab rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rəşad Xəlilov vəzifəsindən azad edilib.

"Report"un verdiyi məlumata görə, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Onun yerinə, hələlik təyinat olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab rayon Polis Şöbəsinin rəisi təyin olunub.

76