Maliyyə Nazirliyi

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

80

BAKI, 28 mart - Sputnik. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirliyin yaydığı məlumatda bildirilib. 

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən qanuna əsasən, illik maliyyə hesabatları 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı" hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az linki vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Əlavə məlumat üçün (012) 404 46 99 nömrəli telefonlarla (daxili nömrələr - 129 Sevinc Məmmədova, 282 Elnarə Kazımova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova) əlaqə saxlamaq olar", - deyə məlumatda qeyd olunub.

80

Dünya futbolunun əfsanəsi FOTOlarda

6
(Yenilənib 09:02 26.11.2020)
Dieqo Maradonanın oyunu dedikdə yəqin ki, öncə göz önünə onun sinəsini qabağa verərək rəqib oyunçuları aldadaraq bütün meydançanı keçməsi göz önünə gələcək.

Xəbər verildiyi kimi, dünya futbolunun əfsanəsi argentinalı Dieqo Armando Maradona dünyasını dəyişib. Maradona 60 yaşında infarktdan həyatını itirib. 

Əfsanəvi hücumçu azarkeşlərin yadında yalnız fenomenal oyunu ilə deyil, həm də qalmaqallarla yadda qalıb. 

Məsələn, 1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əl ilə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə isə İtaliya çempionatının oyunundan sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb.

Bütün bunlara baxmayaraq, futbolla maraqlanan hər kəs Dieqo Maradonanı futbol dahisi, təkbaşına oyunun taleyini həll edə bilən oyunçu kimi xatırlayacaq.

Sputnik Azərbaycan əfsanənin müxtəlif görüntülərini təqdim edir. 

 

6
  • © REUTERS / Carlos Barria

    Argentinalı futbolçu Dieqo Maradona müsahibə zamanı, 2010-cu il.

  • © REUTERS / Action Images / Juha Tamminen

    Argentinanın hücumçusu Maradona DÇ-1986-nın dörddəbir final matçında İngiltərə yığmasına qarşı oyunda.

  • © AP Photo / Carlo Fumagalli, file

    Dieqo Armando Maradona DÇ-1986-ın finalında AFR üzərində qələbədən sonra kuboku başı üzərinə qaldırır.

  • © REUTERS / Stringer

    Dieqo Maradona həyat yoldaşı Klaudiya və anası ilə toyda, 1989-cu il.

  • © Sputnik / Vladimir Rodionov

    İtaliyanın "Napoli" klubunun futbolçusu Dieqo Maradona Moskvanın "Spartak" komandası ilə oyundan sonra, 1990-cı il.

  • © AFP 2020 / Daniel Garcia

    Argentina millisinin kapitanı Dieqo Maradona DÇ-1994-də Yunanıstan komandasının qapısına vurduğu qolu qeyd edir.

  • © REUTERS / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona və Kuba lideri Fidel Kastro, 2001-ci il.

  • © REUTERS / Marcos Brindicci

    Maradona Kuba siqarı və Çe Qevaranın tatusu ilə, 2006-cı il.

  • © AFP 2020 / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona kolumbiyalı futbolçu Karlos Valderamanın karyerasını başa vurması ilə əlaqədar təşkil olunan şənlikdə rəqs edir, 2004-cü il.

  • © AP Photo / Matt Sayles

    Futbol əfsanəsi Dieqo Maradona Kannda özünə dair sənədli filmin nümayişi zamanı, 2008-ci il.

  • © AFP 2020 / Valery Hache

    Dieqo Maradona qızları ilə birgə 61-ci Kann kinofestivalında "Maradona" sənədli filminin premyerasından əvvəl, 2008-ci il.

  • © REUTERS / Eddie Keogh


    Məşqçi Maradona komandasının DÇ-2010-da Nigeriya millisinə vurduğu qolu qeyd edir.

  • © Sputnik / Sergey Guneev

    Rusiya Prezidenti Vladimir Putin, braziliyalı futbolçular Pele və Dieqo Maradona FİFA-2018 futbol üzrə dünya çempionatının püşkatmasından əvvəl.

  • © REUTERS / Marcos Brindicci

    Argentinalı futbol ulduzu Dieqo Maradona sevgilisi ilə, 2017-ci il.

  • © REUTERS / Grigory Dukor

    Futbol əfsanəsi Dieqo Maradona Kremldə, 2017-ci il.

Teqlər:
Argentina, braziliyalı futbolçu Pele, futbol, Dieqo Maradona
Kənd məktəbi, arxiv şəkli

Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək

9
(Yenilənib 08:09 26.11.2020)
Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

9
Teqlər:
ümumtəhsil məktəbləri, "Təhsil haqqında" Qanun, Prezident İlham Əliyev, məktəb
Elvis Presli, arxiv şəkli

Elvis Presliyə məxsus zinət əşyası hərraca çıxarılacaq

0
(Yenilənib 00:51 26.11.2020)
Zinət əşyası Amerika Birləşmiş Ştatlarının GWS hərrac evində nümayiş olunacaq. Mütəxəssislər məşhurun üzüyünün 1 milyon dollara satılacağını ehtimal edirlər.

BAKI, 26 noyabr — Sputnik. Ötən əsrin rok-n-roll kralı Elvis Presliyə məxsus zinət əşyası hərracda nümayiş olunacaq.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, əfsanəvi müğənni Elvis Preslinin brilyant qaşlı üzüyü auksiona çıxarılacaq.

Zinət əşyası Amerika Birləşmiş Ştatlarının GWS hərrac evində nümayiş olunacaq. Mütəxəssislər məşhurun üzüyünün 1 milyon dollara satılacağını ehtimal edirlər.

Zinət əşyası Preslinin sifarişi ilə özü üçün hazırlanıb. Qiymətli üzük 18 əyardır. Hərrac noyabrın 28-də baş tutacaq.

Qeyd edək ki, Elvis Presli sözügedən üzüyü 1975-ci ildə keçirilən konserti zamanı J.D. Summer adlı şəxsə hədiyyə edib.

0
Teqlər:
Elvis Presli, üzük, hərrac