Elektrik lampası, arxiv şəkli

Bakının bəzi ərazilərində işıq kəsiləcək

62
(Yenilənib 10:42 24.03.2019)
Saat 11:00-dan 14:00-a qədər adı çəkilən qəsəbələrin bəzi ərazilərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yarana bilər

BAKI, 24 mart — Sputnik. Bu gün Bakının 3 qəsəbəsində elektrik təchizatında fasilələr yaranacaq

"Azərişıq" ASC Nardaran, Bilgəh və Buzovna (Albalıq yashayısh sahəsi) qəsəbələrində elektrik verilişi xətlərində aparılan yenidənqurma işlərini yekunlaşdırır.

ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar bu gün saat 11:00-dan 14:00-a qədər adı çəkilən qəsəbələrin bəzi ərazilərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yarana bilər.

Yaranmış  narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.

62