Daxili İşlər Nazirliyi

DİN əməliyyatların nəticələrini açıqlayıb

33
(Yenilənib 16:28 23.03.2019)
Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb

BAKI, 23 mart – Sputnik. Martın 22-dən 23-dək respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 15 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

33
Teqlər:
narkotik, polis, cinayət
Əlaqədar
Bağlı qalmış 31 cinayətin üstü açılıb
Astarada 8 il əvvəl baş vermiş cinayətin üstü açılıb
"Lotu Quli"nin adamları cinayət başında yaxalanıblar - VİDEO