Xoşbəxt insanlar

Ən ziyansız insanlar onlardır

53
(Yenilənib 18:47 22.03.2019)
Xoşbəxt insanlardan kimsəyə zərər gəlmir

BAKI, 23 mart – Sputnik. Psixoloqlar belə qənaətə gəliblər ki, xoşbəxt insanlar tamamilə zərərsizdirlər. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən xəbərinə görə, digərləri ilə müqayisədə daha çox xoş olaylarla qarşılaşan, pozitiv düşünən insanlarda xoşbəxtlik hormonu yüksək olur.

Məhz bu səbəbdən də həmin insanların ətraf üçün təhlükəsiz olduğu və onların zorakılığa meylli olmadığı bildirilir.

Alimlər xoşbəxt insanları belə tərif edirlər: “Onlar iş həyatında daha çox uğur qazanan, özünü təsdiqləyən, daha məhsuldar, sağlam və uğurlu insanlardır”.

53