Sığınacaqdakı heyvanlar

Azərbaycanlı bacıların sahibsizlər sığınacağından reportaj: Yardım etmək istəyən varmı?

14419
(Yenilənib 09:49 19.03.2019)
"Onlar vaxtlı-vaxtında peyvənd olunur, həmçinin qısırlaşdırma işi aparılır" - FOTO+VİDEO

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 mart — Sputnik. Xaçmaz rayon sakinləri Hava və Nailə Rüstəmli bacıları küçə itləri üçün sığınacaq qurublar. Yergüc kəndində yerləşən bu sığınacaqda 100-ə yaxın it saxlanılır.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Hava Rüstəmli hələ uşaq yaşlarından sığınacaq qurmaq arzusunda olduğunu və heyvanlara qayğı göstərmək istədiyini deyib: "Uşaqlıqdan heyvanlara şiddətə qarşı olmuşam. Onlara diqqət və qayğımı əsirgəməmişəm. Harada xəstə heyvan görürdüksə, atamın köməyi ilə Bakıda müalicə etdirir, lazım olanda əməliyyat belə, etdirib sahiblənirdik. Sonra gördük ki, bu heyvanları evdə saxlaya bilmirik. Ona görə ferma kirayələdik".

"Üç il əvvəl fermada 5-6 it saxlayırdıq. Hazırda isə 100-ə yaxın it var. Zamanla itlərə sahib çıxmaq istəyənlər olur. Müraciət edirlər və biz də onlara istədikləri iti veririk. Bu günə qədər verdiyimiz itləri də saxlasaydıq, sayları 500-dən çox olardı. Sığınacaqdakı itlərə öz maliyyəmizlə baxırıq. Hazırda fermada itlərə baxan bir nəfər işçimiz var" – deyə o bildirib.

Ферма в селе Йергюдж для бездомных собак
© Sputnik / Leyla Abdullayeva
Sığınacaqdakı heyvanlar

Gənc heyvansevər xanım məqsədlərindən, maliyyə problemlərindən, üzləşdikləri çətinliklərdən və vətəndaşlardan gözlədikləri köməklikdən də danışıb: "Rayon sakinləri harada xəstə heyvan görürlərsə, bizimlə əlaqə saxlayırlar. Biz də həmin heyvanı öz hesabımıza müalicə etdirib sığınacağa yerləşdiririk. Məqsədimiz bu heyvanların normal yaşayış tərzini bərpa etmək, rayon sakinlərinin isə şəhərdə qorxusuz, rahat gəzmələrinə kömək etməkdir".

H.Rüstəmli bu işlərinin cəmiyyət üçün də faydalı olduğunu düşünür: "Çünki bu heyvanlara sahiblənərək, müəyyən xəstəliklərin cəmiyyətə yayılmasının qarşısını almış oluruq. Sığınacaqdakı heyvanlar vaxtlı-vaxtında peyvənd olunur. Həmçinin, qısırlaşdırma işi aparılır".

"Heyvanlara baxmaq üçün, əlbəttə ki, kifayət qədər maliyyə lazım olur. Əsas çətinliklərimiz də budur. İtlərə gün ərzində iki dəfə qida verilir. Qidalar isə yararsız ətlərdən hazırlanır. Kiloqramı 30 qəpikdən olmaqla, gündəlik 200 kiloqram ət alırıq. Bu isə hər ay 1000 manat deməkdir. Digər tərəfdən, bala itlərə süd, qatıq kimi ağartı məhsulları veririk. Fermanın aylıq kirayəsi də üzləşdiyimiz maliyyə problemlərindəndir" – o vurğulayıb.

Ферма в селе Йергюдж для бездомных собак
© Sputnik / Leyla Abdullayeva
Sığınacaqdakı heyvanlar

Bacılar insanlardan, əsasən, sosial şəbəkə vasitəsilə köməklik istəyirlər: "Yardımsevər dostlardan bəziləri, az da olsa, köməklik edirlər. Yardım etməyənləri də qınamırıq, çünki bizi tanımırlar, həqiqətən də heyvan saxladığımızı bilmirlər".

Nailə xanımın dediyinə görə, əsas problemləri fermanın rayondan və şəhərdən kənarda yerləşməsidir: "Vətəndaş köməyindən məhrum olmağımızın digər səbəbi də fermanın regionda yerləşməsidir. Çünki heyvanlara yardım etmək istəyənlərin çoxu Bakıda yaşayanlardır. İnsanlardan gözlədiyimiz əsas köməklikdən biri gündəlik evlərində artıq qalan yeməklərini, çörəklərini gətirib itlərə vermələridir. Bu olsa, itlərə ət almağımıza ehtiyac qalmaz və maliyyə problemlərdən biri həll olunar".

Bacıların sözlərinə görə, əvvəllər 2-3 dəstəkçiləri olsa da, indi onlardan biri qalıb: "Sağ olsun, fermanın kommunal ödənişlərini edir. Yerdə qalan bütün maliyyə xərclərini özümüz qarşılayırıq. Bəzən olur ki, işçimizin aylıq əmək haqqını verə bilmirik. O da anlayışlı insandır, vəziyyəti başa düşür, bizi tərk etmir".

Hava Rüstəmli ümid edir ki, onlara köməklik edəcək şəxslər mütləq olacaq. Nəticədə də bacılar bu yolda fəaliyyətlərini daha da artıracaqlar.

İtlərlə köməklik göstərmək və yaxud yolda gördükləri yaralı itlər barədə xəbər etmək istəyən şəxslər bu nömrələrlə əlaqə saxlaya bilərlər.

055 751 65 05

14419
Teqlər:
ferma, sahibsiz it, it, heyvan

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

13
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

13
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

7
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

7