Qəbələdə qar

Qusarın Ləzə kəndinə 28 santimetr qar yağıb

63
(Yenilənib 21:14 20.03.2019)
Ən aşağı temperatur Ləzə kəndində qeydə alınıb

BAKI, 20 mart - Sputnik. Qusar rayonunun Ləzə kəndinə yağan qarın hündürlüyü 28 santimetrə çatıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, qar Qusarla yanaşı Quba və Xızı rayonlarının dağ kəndlərinə də yağıb.

Qarın hündürlüyü Qubanın Xaltan kəndində 4, Qırızda 8, Xınalıqda 7 , Xızının Altıağac kəndində isə 2 santimetr təşkil edir.

Qar yağması ilə əlaqədar temperatur mənfi 6 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Ləzə kəndində qeydə alınıb.

63