Qaz plitəsi, arxiv şəkli

Qazın kəsildiyi gün neçə nəfər zəhərlənib?

63
(Yenilənib 19:29 19.03.2019)
“Qaz kəsilən gün qazdan zəhərlənmə olmayıb” - Azər Maqsudov

BAKI, 19 mart — Sputnik. Martın 17-dən 18-nə keçən gecə Abşeron yarımadası və Bakının bir neçə rayonunda mənzillərə təbii qazın verilməsində məhdudiyyətlər yaranıb.

Bakı şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov Sputnik Azərbaycan-a açıqlamasında qaz sızma ilə əlaqədar müraciətlərin olub-olmaması ilə bağlı məlumat verib: “Bir gün ərzində dəm qazından 4 nəfərin zəhərlənməsi ilə bağlı müraciət daxil olub. Onlardan 2-si xəstəxanaya qəbul edilib”.

Onun sözlərinə görə, Səbail, Xəzər rayonları və digər ərazilərdən müraciətlər daxil olub.

“Bu müraciətlərdən 3-ü gecə saatlarında daxil olub. Lakin müraciətlər qaz sızması ilə əlaqədar olmayıb”, – deyə A.Maqsudov əlavə edib.

63
Əlaqədar
Bakı və Abşeronda gecə saatlarında "qaz böhranı" yaşanıb - "Azəriqaz" izahat verir