Xətai metrostansiyası

“Xətai” stansiyasının istifadə veriləcəyi vaxt məlum oldu

92
(Yenilənib 18:05 19.03.2019)
B.Məmmədov “Xətai” stansiyasının xarici görünüşündə dəyişiklik edilməsi ilə bağlı işlərin görüldüyünü qeyd edib

BAKI, 19 mart — Sputnik. “Bakı Metropoliteni” QSC-nin təmirə dayandırılmış "Xətai" stansiyasının avqustun 10-da yenidən istifadəyə verilməsi planlaşdırılır”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Hazırda stansiyada müəyyən edilmiş plana uyğun olaraq təmir işləri aparılır. İşlər çox sürətlə gedir və belə davam edərsə, stansiya daha tez sərnişinlərin ixtiyarına veriləcək”, - deyə o, qeyd edib.

B.Məmmədov “Xətai” stansiyasının xarici görünüşündə dəyişiklik edilməsi ilə bağlı işlərin görüldüyünü də qeyd edib: "Stansiyada Şah İsmayıl Xətai ilə bağlı mövcud mozaikanın yenilənməsinə ehtiyac var idi. Bu işlə peşəkar səviyyədə məşğul olan şəxslər dəvət edildi və bərpa işləri uğurla yekunlaşdı".

92