CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhədsiz xeyirxahlıq: "Qocalar evi"ndə bayram sevinci yaşandı

© Sputnik / Murad OrujovБлаготворительная акция #ЩедрыйНовруз (#SəxavətliNovruz) для Дома престарелых
Благотворительная акция #ЩедрыйНовруз (#SəxavətliNovruz) для Дома престарелых - Sputnik Azərbaycan
Abunə olmaq
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün bayram konserti təşkil edilib

BAKI, 19 mart - Sputnik Azərbaycan-ın Mətbuat xidməti. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu #SəxavətliNovruz xeyriyyə aksiyasının uğurla başa çatdığını elan edir. Builki layihə Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsindəki (Qocalar evi) Azərbaycan vətəndaşlarına yardım üçün təşkil edilib.

Layihə çərçivəsində taleyin hökmü ilə "Qocalar evi"nə düşmüş 220-dək yaşlı insan Novruz hədiyyələri alıb. Bununla yanaşı, pensiyaçılara Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycanın əməkdar jurnalisti, Sputnik Azərbaycan radiosunun redaktoru Natiq Məmmədlinin "Körpüdə ümid" kitabı hədiyyə edilib.

© Sputnik / Murad Orujov#SəxavətliNovruz xeyriyyə aksiyası
Sərhədsiz xeyirxahlıq: Qocalar evində bayram sevinci yaşandı - Sputnik Azərbaycan
#SəxavətliNovruz xeyriyyə aksiyası

Nigar Rəhimova və FANCY brendi "Qocalar evi"nin ehtiyac duyduğu çoxsaylı tibbi preparatları və ləvazımatlarını alıb. Bununla yanaşı, müxtəlif insanlar ərzaq məhsulları alaraq "Qocalar evi"nin yaşlı sakinlərinə təqdim ediblər.

"Zəhmət-Ruzi" ASC (SAB brendi) "Qocalar evi"nə özünün istehsal etdiyi ərzaqları verib. Bayram stolundakı yeməklər "Çanaqqala" restoranında hazırlanıb. Ənənəvi Novruz şirniyyatlarını və səməniləri adının açıqlanmasını istəməyən şəxs göndərib.

Aksiya çərçivəsində Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün bayram konserti təşkil edilib. Konsertdə iştirak ediblər:

- Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) aktyorluq sənəti fakültəsinin müəllimi Yaqut Paşayeva;

- ADMİU-nun kino və dram aktyorluğu fakültəsinin üçüncü kurs tələbələri (mini-tamaşa, Novruz personajları Kosa və Keçəl);

- müğənni Oksana Osmanova;

- Bakı şəhəri, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi Əsmər Əlixanova;

- Ağa Piriyev (kloun Ağuşa);

- Bakının Xətai rayonunun 30 saylı Uşaq Musiqi Məktəbinin fortepiano sinfinin məzunu, konsert xorunun solisti Kamilla Salayeva.

"IDEAL Perfumery & Сosmetics" mağazalar şəbəkəsi, "AzSığorta" şirkəti və Yelena Çernova Qocalar evinin sakinlərinə kosmetika dəsti hədiyyə ediblər.

© Sputnik / Murad Orujov#SəxavətliNovruz xeyriyyə aksiyası
Sərhədsiz xeyirxahlıq: Qocalar evində bayram sevinci yaşandı - Sputnik Azərbaycan
#SəxavətliNovruz xeyriyyə aksiyası

"Novruz bayramı ərəfəsində Sputnik Azərbaycan bu bayram günlərində "Qocalar evi"ndə olan yaşlı insanları dəstəkləmək üçün irimiqyaslı aksiya keçirib. Öz layihəmizlə biz insanlara tənha olmadıqlarını, aramızda onların vəziyyətini gözəl dərk edən və #SəxavətliNovruz aksiyasına hər cür dəstək verməyə hazır olan şəxslərin olduğunu anlatdıq. Öz adımdan bizə dəstək verən, ev şəraitindən məhrum olmuş insanlara zəruri əşyaları və dərmanları gətirən hər kəsə təşəkkür edirəm. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, hamıya can sağlığı, rifah və firavanlıq arzulayıram" - deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirib.

© Sputnik / Murad Orujov#SəxavətliNovruz xeyriyyə aksiyası
Sərhədsiz xeyirxahlıq: Qocalar evində bayram sevinci yaşandı - Sputnik Azərbaycan
#SəxavətliNovruz xeyriyyə aksiyası

Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu yenidən #SəxavətliNovruz xeyriyyə aksiyasına dəstək verdikləri üçün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və şəxsən Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbova, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Katib Əsədova, həmçinin "Qocalar evi"nin bütün əməkdaşlarına təşəkkür edir.

#SəxavətliNovruz xeyriyyə aksiyasında iştirak edən insanlar müxtəlifdir. Amma onları başqalarına kömək etmək və dünyanı daha yaxşı bir yerə çevirmək istəyi birləşdirir.

© Sputnik / Murad Orujov#SəxavətliNovruz xeyriyyə aksiyası
Sərhədsiz xeyirxahlıq: Qocalar evində bayram sevinci yaşandı - Sputnik Azərbaycan
#SəxavətliNovruz xeyriyyə aksiyası

Sputnik Azərbaycan-ın aksiya ilə bağlı çağırışına cavab veriblər: "Synergy Partnership" PR agentliyi, Səbinə Pərvizi, Dinarə İslamova və Rüfət Abbasov, Qalina Rəcəbova və Rəna Əlixanova, Təranə Əsgərova, Svetlana Həsənova, Vaqif Abbasov və Rəşad Hacıbalayev, Tatyana Maxatdis və Saşa Astrov, Elnarə Məmmədova və Tofiq Məmmədov, Lyudmila N., Vüqar Mehdiyev, Ülviyə İsmayılova, Nərmin Cəfərli.

Xəbər lenti
0