CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev ümumxalq şənliyində iştirak edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edir, arxiv şəkli
İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edir, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər

BAKI, 19 mart — Sputnik. Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident və xanımı Bakının Fəvvarələr meydana gəliblər. Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev sakinlərlə söhbət edib. Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Sonra Azərbaycan Prezidenti və birinci xanım burada "Novruz" yarmarkası ilə tanış olublar. Daha sonra dövlətimizin başçısı və xanımı İçərişəhərə gələrək burada "Bahar qalası" festivalı ilə tanış olublar. Bahar qız dövlətimizin başçısına bayram xonçası təqdim edib.

Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bahar qalası" festivalı çərçivəsində yarmarka ilə tanış olublar. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür ediblər.

Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində olublar.

Bayram şənliyi davam edir.

Xəbər lenti
0