Azərbaycan Respublikasının Təhsil Nazirliyi

I sinfə elektron qəbul sistemi Novruz bayramı tətillərində fəaliyyət göstərməyəcək

52
Martın 13-dən dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna başlanılıb

BAKI, 19 mart - Sputnik. I sinfə elektron sənəd qəbulu sistemi Novruz bayramı tətilləri ərzində (19 mart, saat 15:00-dan -- 27 mart, saat 10:00-dək) fəaliyyət göstərməyəcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Qeyd edək ki, martın 13-dən dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna başlanılıb.

Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonlarını, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində I sinfə ərizələrin onlayn qeydiyyatı bu gündən sentyabrın 15-dək həyata keçirilir.

Martın 11-dən başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunublar. Bununla bağlı həmin uşaqların valideynlərinə 11-12 mart tarixlərində bildirişlər göndərilib.

Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi mektebeqebul.edu.az saytı vasitəsilə valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılan Alternativ Qeydiyyat mərkəzlərində aparılır.

52