Ənənəvi tonqallar Bakı həyətlərini və xiyabanları işıqlandırır

Bu gün İlaxır çərşənbədir

35
(Yenilənib 06:59 19.03.2019)
Bu gün Torpaq çərşənbəsidir

BAKI, 19 mart - Sputnik. Bu gün Azərbaycanda İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunur.

Sputnik Azərbaycan xəbər verir ki, digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

35