Yanğının söndürülməsi, arxiv şəkli

Şabranda eyni ərazi iki gün dalbadal yandı

49
(Yenilənib 00:48 18.03.2019)
Martın 16-da söndürülən yanğın, martın 17-də gec saatlarınada yenidən başlayıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Şabranda şübhəli yanğın hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın martın 16-sı axşam saatlarında Şabranın Liman kəndinə yaxın böyük qamışlıq sahədə başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər bir müddət sonra alovu ram ediblər.

Buna baxmayaraq martın 17-də axşam saat 22:30-da həmin ərazidə yenidən yanğın başlayıb. Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun yaşayış massivinə çatmaması üçün təcili tədbir görüblər. Qısa müddətdə böyük ərazini əhatə edən yanğın söndürülüb.

Hələlik, yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

49