Sabiq səhiyyə naziri Əli İnsanov

Əli İnsanov azadlığa çıxdı - FOTO

198
(Yenilənib 11:06 17.03.2019)
“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 11 saylı cəzaçəkmə müəssisəsində icra olunub

BAKI, 17 mart – Sputnik. Sabiq səhiyyə naziri Əli İnsanov azadlığa buraxılıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, qərar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam çərçivəsində 11 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Əli İnsanov
Əli İnsanov

Qeyd edək ki, sərəncam ölkə üzrə ümumilikdə 431 nəfərə şamil olunub.

Martın 17-si səhər saatlarından etibarən Prezidentin əfv sərəncamının icrasına başlanılıb. Sərəncama görə, artıq Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı da daxil olmaqla 23 qadın 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

198