CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yeni sirk binası tikiləcək

© Sputnik / Murad OrujovБакинский государственный цирк
Бакинский государственный цирк - Sputnik Azərbaycan
Abunə olmaq
Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək

BAKI, 17 mart — Sputnik. Azərbaycanda yeni sirk binası inşa ediləcək.
Sputnik Azərbaycan “Xalq qəzeti”nə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.

Ə.Qarayev bildirib ki, sirkin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir: “Azərbaycanda yeni sirk binasının inşası haqqında düşünməyin vaxtı çatıb. Biz bununla bağlı layihələr hazırlayırıq. Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək. Bu, yenilik olacaq".

Xəbər lenti
0