Bakı-Gəncə sürət qatarı

Bakı-Gəncə qatarında qiymət endirildi

142
(Yenilənib 12:33 16.03.2019)
Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib

BAKI, 16 mart — Sputnik. Bakı-Gəncə-Bakı istiqamətində sürət qatarının bizness yerlərinə gediş haqqı 50 manatdan 25 manata endirilib.

Bu barədə Sputnik Azərbaycan-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.

Novruz bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq 17.03.2019-cu il tarixindən 31.03.2019-cu il tarixinədək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.

142