CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onu görənlər axtarılır

© Sputnik / Rahim Muradov102 Zəng Mərkəzi
102 Zəng Mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Lalə Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 mart — Sputnik. Bir neçə ay öncə itkin düşən şəxsin ailəsi yenidən polis idarəsinə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

© AR Ministry of Internal AffairsLalə Bəşirova
Onu görənlər axtarılır - Sputnik Azərbaycan
Lalə Bəşirova

Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070)766-00-03 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0