Pul

Uşaq pulunun bərpa edilməsi təklif olunur

300
(Yenilənib 12:25 11.03.2019)
"Uşaqlara ödənilməsi təklif edilən uşaq pulunun məbləği 135 milyondan artıqdır"

BAKI, 11 mart — Sputnik. "Hazırda ölkəmizdə 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir. Bu səbəbdən də uşaq pulunun bərpası və onun differensial şəkildə tətbiqini məqsədəuyğun hesab edirik".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə iqtisadçı-alim Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. Bildirib ki, yaşına görə xərcin məbləğindən asılı olaraq uşaq pulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir.

"Təklif etdiyimiz mexanizmə görə, uşaq pulunun məbləği 3 yaş qrupuna görə qruplaşdırılır. 3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 3 yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Yaşı tamam olmayan uşaqların sayı isə 144 min nəfərdir. 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir" - deyə iqtisadçı vurğuliayıb.

Alimin fikrincə, digər differensial uşaq pulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşaqları əhatə edir: "Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Ölkəmizdə bu yaş qrupunda olan uşaqların sayı 516.8 min nəfərdir. 170.7 min uşağın 4, 172.3 min uşağın 5, 173.8 min uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdır".

"Digər uşaq pulu ödəniləcək yaş qrupu məktəbliləri əhatə edir. Bu yaşda olanlar üçün aylıq 40 manatın ödənilməsi mümkündür. Hazırda ölkəmizdə 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 mindir. Bu yaş kateqoriyasına aid uşaqlara ödəniləcək aylıq uşaq pulunun məbləği 58 milyon 512 min manatdır" – deyə ekspert əlavə edib.

V.Bayramov qeyd edib ki, bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manatdır: "Bu rəqəm illik olaraq 1 milyard 612 milyon manat təşkil edir. Bəzi uşaqların müavinət aldığını nəzərə alsaq, məbləğ nisbətən aşağı olacaq. Məsələn, 58.4 min uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır. Tətbiq etdiyimiz mexanizmdə illik məbləğ nisbətən böyük görsənə bilər. Lakin biz bu məbləğin ödənilməsi yollarını da təklif edirik".

"Bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu isə, o deməkdir ki, təklif edilən illik uşaq pulunun məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin mövcud imkanları xərci qarşılaya bilər. Bununla belə, büdcə xərclərinin strukturunda dəyişikliklər etməklə bu istiqamətə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də rayonların inzibati birləşdirilməsi yolu ilə onların sayını azaltmaq olar. Ünvanlı sosial yardım alanları özünüməşğul proqramına transfer etməklə və büdcənin investisiya xərclərini optimallaşdırmaqla uşaq pullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik" - Bayramov fikrini yekunlaşdırıb.

300
Teqlər:
Vüqar Bayramov, artım, məbləğ, pul, uşaq
Əlaqədar
Bakıda 12 yaşlı uşaq öz evlərindən 17500 manat pul oğurlayıb
Uşaq pulu bərpa olunacaqmı – Müraciət də var, niyyət də
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

4
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

4
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

7
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

7