Sumqayıtın girişi

Sumqayıtda bir polis rəisi iki zabit işdən çıxarıldı

195
(Yenilənib 22:10 08.03.2019)
İşdən çıxarılanlardan biri Sumqayıt Məhkəməsinin sədrinin oğludur

BAKI, 8 mart – Sputnik. Sumqayıt şəhər Polis İdarəsində kadr islahatları aparılıb.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Ruslan Hüseynov, Sumqayıt Dövlət Yol Polisinin əməkdaşları, kapitanlar Loğman İsmayılov və Rəşid Məcidov işdən azad edilərək sərəncama götürülüblər.

Qeyd edək ki, R. Hüseynov Sumqayıt Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur.

195