Qadın hərbçilərin paradı

Həm dinimizə, həm günümüzə zidd olan iddia: Həqiqət hardadır?

10799
(Yenilənib 13:02 08.03.2019)
Alimlərin sözlərinə görə, kişilərin Y xromosomu qadınların X xromosomunun kiçik bir hissəsidir. Bu xromosom təkamül prosesində genlərin yalnız 10% -də qalıb.

BAKI, 8 mart — Sputnik. 8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı 

maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətilə çıxması qəbul edilir. 8 mart 1908-ci ildə isə Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa iş saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirmişdi.

1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizə yada salınıb. Alman sosialist qadın Klara Setkin qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününün Dünya Qadınlar Günü kimi qeyd olunmasını təklif edib və bu təklif qəbul edilib.

Üstündən 110 ilə yaxın vaxt keçsə də, hələ də qadın hüquqları mövzusu dünyada aktual olaraq qalır. Qadınlar təkcə əmək hüquqları uğrunda mübarizə aparmaqla kifayətlənmədilər. Sonra qadınlara qarşı məişət zorakılığının dayandırılması, həyatın bütün sahələrində onlara yönəlik diskriminasiyanın aradan qaldırılması və ən nəhayət, selektiv abortlar yolu ilə qız uşaqlarının dünyaya gəlməsinin əngəllənməsinin qarşısının alınması uğrunda mübarizə bu gün də davam edir. Amma bu günlərdə elm adamları bir daha sübut ediblər ki, dünyada kişi cinsindən olanların hegemoniyası davam etsə də, əslində bəşəriyyət qadından başlayır.

"Qadınlar insan nəslini kişilərin iştirakı olmadan da davam etdirə bilərlər". Bunu "İzvestiya" qəzetinə Rusiyanın aparıcı genetikləri deyib.

Alimlərin sözlərinə görə, kişilərin Y xromosomu qadınların X xromosomunun kiçik bir hissəsidir. Bu xromosom (Y) təkamül prosesində genlərin yalnız 10% -də qalıb. Bununla yanaşı, onların sözlərinə görə, qadınlar kişilərdən fərqli olaraq döllənmə olmadan çoxala bilərlər.

Rusiya Elmlər Akademiyasının N.İ.Vavilov adına Ümumi Genetika İnstitutunun aparıcı elmi əməkdaşı, Texasın (ABŞ) А&М Universitetinin professoru Konstantin Krutovskinin izahatına görə, bu, bu qadınların tam bir xromosom dəstinə malik olması ilə əlaqədar olaraq mümkündür.

"Bu, kişilərin uşaq dünyaya gətirmək üçün reproduktiv strukturlarının olmaması ilə bağlıdır" - deyə genetik bildirib.

"Odur ki, əgər kişilər hansısa səbəbdən yoxa çıxsalar, qadınlar hipotetik olaraq partonogenetik artıma keçə bilərlər. Bu zaman qadınlar haploid gametlərin formalaşması zamanı meyoz bölünmə keçməmiş yumurta hüceyrəsindən istifadə edəcək. Bu cür yumurta hüceyrələrində yalnız ananın dəqiq surəti yarana bilər: ana yalnız qız uşaqları doğa bilər" - Krutovski əlavə edib.

Doğrudur, genetiklərin bu bəyanatı klerikalların etirazına səbəb olub. Başda xristianlıq və islam olmaqla, dinlər ilk insanın kişi (Adəm) olduğunu və ilk qadının (Həvva) kişinin qabırğasından yarandığını iddia edirlər. Genetiklərin dünyanın dişi əsaslı olmasını və erkəyin də dişidən yarandığını isbat edən bu açıqlaması, dindarların min illərlə bəşəriyyətin yaranmasına dair inanclarını alt-üst edir.

10799