Respublika Seysmoloji Xidmət Mərkəzində Şamaxıda baş vermiş zəlzələyə dair mətbuat konfransı

Ölkədəki seysmoloji vəziyyətlə bağlı son durum açıqlandı

44
(Yenilənib 19:33 07.03.2019)
"Bəzən gündə 4-5 afterşok da qeydə alınır. Lakin bu afterşokların heç bir təhlükəsi yoxdur"

BAKI, 8 mart — Sputnik. "Şamaxı və Ağsu ərazilərində afterşokların sayı azalıb. Amma gündəlik az da olsa, afterşok qeydə alınır. Bu afterşokların sayı təxminən 2-3 olur. Lakin güclü aktivlik müşahidə olunmur".

İlham Əliyev Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olub
© Official web-site of President of Azerbaijan Republic

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli adıçəkilən bölgələrdə seysmoloji vəziyyətlə bağlı danışarkən deyib. Onun fikrincə, Pirqulu, Şamaxı, Ağsu, İsmayıllı ərazisində afterşoklar qeydə alınır: "Bəzən gündə 4-5 afterşok da qeydə alınır. Lakin bu afterşokların heç bir təhlükəsi yoxdur. Əksinə, afterşokların baş verməsi enerji boşalmasıdır".

Q.Yetirmşlinin sözlərinə görə, bəzi ərazilərdə - Masallı, Daşkəsən, Qubada çox zəif maqnitudada təkanlar qeydə alınır.

Baş direktor vulkanlarla bağlı da danışıb: "Gərək ki, vulkan ətrafında cihazlar quraşdırılsın ki, onun aktivliyini izləmək mümkün olsun. Bunun üçün vulkanların ayrıca olaraq monitorinqinin aparılmasına ehtiyac var".

Həmsöhbətimiz vulkanlarla bağlı xüsusi cihazların quraşdırılmadığını diqqətə çatdırıb.

Xatırladaq ki, bu ilin fevralın 5-də Azərbaycanda 6 maqnituda gücündə zəlzələ baş vermişdi. Zəlzələ Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınmışdı.

44