Rusiya xarici işlər naziri Sergey Lavrov

Lavrov Türkiyəyə gedir, Qafqazdakı vəziyyət müzakirə olunacaq

39
(Yenilənib 18:16 07.03.2019)
Görüş zamanı Rusiya – Türkiyə prezidentlərinin növbəti görüşünə dair hazırlıq məsələləri də nəzərdən keçiriləcək

BAKI, 7 mart — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov 12-13 mart tarixlərində Türkiyəyə rəsmi səfərə gedəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib.

Səfəri zamanı rusiyalı nazir Antalya şəhərində hər iki ölkənin xarici işlər nazirlərinin sədrliyi ilə strateji planlaşdırma üzrə birgə qrupun VII iclasında iştirak edəcək.

Zaxarovanın sözlərinə görə, nazirlərin görüşü zamanı Rusiya – Türkiyə prezidentlərinin növbəti görüşünə dair hazırlıq məsələləri də müzakirə olunacaq.

Bundan əlavə Sergey Lavrov və Mövlud Çavuşoğlu terrorizmlə mübarizə sahəsində əməkdaşlıq, Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukraynadakı vəziyyət və Qara dəniz regionunda vəziyyət də daxil olmaq olmaqla beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.

39