Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılmış dayanacaq pavilyonu

Bakıda avtobus taksilər üçün duracaq yerlərinə dair tələblər təsdiq edilib

62
Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb

BAKI, 7 mart - Sputnik. Nazirlər Kabineti “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında qərarı təsdiq edib.

Sputnik Azərbaycan xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” təsdiq edilsin", - deyə qərarda bildirilir.

62