Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident qadınlara hədiyyə etdi - SƏRƏNCAM

432
Prezident Azərbaycan qadınlarını təltif edib

BAKI, 6 mart - Sputnik. Prezident İlham ƏliyevAzərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ömərova Mömünət Məhəmməd qızı

“Tərəqqi” medalı ilə

Bağırova Tamella Sulduz qızı

Eminova Səadət Seyfulla qızı

Əhmədova Aytən Nadir qızı

Əhmədova Dilarə Qurban qızı

Əkbərova Mehrəngiz Ağabala qızı

Ələsgərova Səadət Məhəmməd qızı

Əliyeva Xuraman Eynulla qızı

İsgəndərova Xuraman Firqən qızı

Qafarova Rəqiyə Savalan qızı

Qaybalıyeva Fəridə Kamil qızı

Quliyeva Nuranə Aslan qızı

Quliyeva Raya Səlim qızı

Məmmədova Aynur Tofiq qızı

Məmmədova Fizzə Sadıx qızı

Məmmədova Humayə Muxtar qızı

Nurməmmədova Mədinə Əlişah qızı

Tağı Zadə Təranə Qadir qızı. 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar müəllim”

Namazova Sevda Nadir qızı

Rüstəmova Məlahət Oruc qızı

Salmanova Larisa Parfenevna

“Əməkdar həkim”

Mirzəyeva Xatirə Əbdülrəhim qızı

“Əməkdar mədəniyyət işçisi”

Ələkbərova Nüşabə Nazir qızı.

432

İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir

11
"Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək"

BAKI, 6 avqust — Sputnik. Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı müşavirədə çıxış edib. Prezident İlham Əliyevin çıxışından bəzi məqamları diqqətinizə təqdim edirik:

“Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”.

“Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.

“Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”.

“Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını 5 dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq”.

“Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Onlardan 4-ü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”.

11

Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib

51
Barelyefi ailəsinə təqdim edəcəm. Onlar bəyənərsə, dövlət qurumlarından razılıq olarsa, şəhidimizin yaşadığı binanın önündə qurulacaq.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. Bir müddət öncə şəhidimiz General-mayor Polad Həşimovun büstünü hazırlayan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbəsi, Təbriz Soltanlı növbəti əsərini yaradıb. O, bu dəfə qəhrəman şəhidimiz polkovnik İlqar Mirzəyevin büstünü əbədiləşdirib.

Gənc heykəltaraşın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, polkovnikin barelyefi 10 günə hazırlanıb: "Tovuz hadisələrindən sonra hər kəs şəhid olan qəhramanlarımız üçün çalışır ki, nəsə etsin. Rəssamlar onların portretlərini hazırladı, musiqiçilər onlardan bəhs edən mahnı bəstələdi və s. Mən də çalışdım ki, dəryada bir damla olum. Ona görə də şəhidimiz polkovnik İlqar Mirzəyevin barelyefini hazırladım. Barelyefin eskiz və gil versiyası 10 günə hazır oldu. İndi gil versiyadadır, tam hazır olduqdan sonra ailəsinə təqdim edəcəm. Hazırda paytaxta gəlirəm, barelyefi ailəsinə təqdim edəcəm. Onlar bəyənərsə, dövlət qurumlarından razılıq olarsa, şəhidimizin yaşadığı binanın önündə qurulacaq".

Qeyd edək ki, heykəltaraş bundan əvvəl Milli qəhrəmanımız Mübariz İbrahimovun, General-mayor Polad Həşimovun barelyefini hazırlayıb. O, bundan başqa, dahi şairlərimiz Mikayıl Müşfiq, Əhməd Cavadın, teatr və kinomuzun əfsanəvi aktyoru Səməndər Rzayevin barelyefini hazırlayıb.

51
Dövlət Departamenti

ABŞ-ın Belarusa dair planı var - Dövlət Departamentinə bağlı adamlar Minskdə edirlər?

3
Belarus Prezidenti qeyd edib ki, hakimiyyətə "onların adları, soyadları, ünvanları, parolları, gizli görüş yerləri" məlumdur.

BAKI, 6 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Respublikada seçkiqabağı kampaniya zamanı saxlanılanlar arasında "Amerika pasportu olan şəxslər, Dövlət Departamentində işləyənlərin həyat yoldaşları" var.

Belarus Prezidenti qeyd edib ki, hakimiyyətə "onların adları, soyadları, ünvanları, parolları, gizli görüş yerləri" məlumdur.

"Amerikalı, Dövlət Departamenti işçisi, demokratik partiyanın işçisi olmağının önəmi yoxdur. <...> Rusiyada seçkiqabağı kampaniyada iştirak ediblər, yaxşı pul qazanıblar. Hesab edirəm ki, amerikalılar onları indi qoruyacaqlar. Belə şey ola bilməz".

Onun sözlərinə görə, Belarusda belə adamlar az deyil və onların hamısı "puldan yaşıllaşıblar" – "Kim ödəyirsə, onun üçün də oxuyurlar".

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxt Minskdəki otellərdən birində Rusiya pasportlu 32 nəfər silahlı yaxalanmışdı.

3